Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə əsri” başlayır

“Terrorsuz Türkiyə əsri” başlayır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Anadoluda silahlar susacaq, ümidlər göyərəcək

Türkiyənin təxminən yarım əsri əhatə edən və böyük qurbanlar bahasına başa gələn terrorizmə qarşı mübarizəsi, nəhayət, öz müsbət nəticəsini verdi. 1978-ci ildə yaradılan, 1984-cü ildən etibarən terror aktları həyata keçirən və 40 mindən artıq insanın həyatına son qoyan PKK terror təşkilatı öz mövcudluğunu sona çatdırmaq qərarını elan etməyə məcbur oldu.

Qətiyyətli mövqeyi və uzaqgörən siyasəti ilə seçilən, müasir dünyanın nüfuzlu dövlət başçılarından olan Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qardaş Türkiyə Cümhuriyyəti bu gün “Terrorsuz Türkiyə” hədəfinə doğru əzm və inamla irəliləməkdədir. “Ya silahları göməcəklər, ya da silahlarla gömüləcəklər” fikri Türkiyəni terrora qarşı mübarizədə tarixi dönüş nöqtəsinə çatdırmış Prezident Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin parlaq ifadəsidir.

Uzun illərdir böyük güclərin əlində bir alətə çevrilmiş PKK terror təşkilatının əsas məqsədi türk və kürd xalqları arasındakı qardaşlıq bağlarını zəiflətmək, ölkədə sabitlik və həmrəyliyi pozaraq separatçı fikirlərlə dövlətin əsas prinsiplərinə zərbə vurmaq olmuşdur.

Düşmənin bu kimi məkrli siyasətinə və xain hücumlarına qarşı daim qəti və prinsipial mövqe sərgiləyən Türkiyə Cümhuriyyəti, xüsusilə son on il ərzində terrorizmə qarşı daha təsirli yeni hərbi-taktiki əməliyyatlar həyata keçirməyə başlamışdır. Belə ki, Türkiyə ordusu təkcə ölkədaxili deyil, qonşu İraq, Suriya ərazilərində də terror yuvalarının məhv edilməsi əməliyyatlarını böyük əzimkarlıqla yerinə yetirmişdir. Xüsusilə, Suriyada əldə edilmiş unikal siyasi uğurlar bu təşkilatın fəaliyyətinin neytrallaşmasına əsaslı zəmin yaratmışdır.

Türkiyə yalnız hərbi sahədə deyil, siyasi arenada da terror təşkilatına qarşı qətiyyətli mübarizə aparmışdır. Nəticədə ABŞ, Avropa İttifaqı, Avstraliya və başqa bu kimi ölkələr PKK-nı terror qruplaşması kimi tanımışdır. Xüsusilə, ABŞ PKK-nı 1997-ci il avqustun 10-dan terrorçu təşkilatlar siyahısına daxil etmiş, 2003-cü ildə isə Dövlət Departamenti bu təşkilatı hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, onu terror təşkilatı kimi qəbul etdiyini bildirmişdir.

Lakin, bütün bunlara baxmayaraq, daim ikili standartlar sərgiləyən bəzi böyük dövlətlər bu ilan yuvasını dolayı, bəzən isə açıq şəkildə dəstəkləmiş, hətta birbaşa silah-sursatla ona yardım etmişlər. Bu mənada, Türkiyənin terror təşkilatı üzərində qazandığı qəti qələbə, eyni zamanda, bu təşkilatı himayə edən, bəsləyən qlobal güclərə qarşı da ən böyük hərbi-siyasi cavabdır.

Məhz, Prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi: “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur. Qazanan millətimiz, ölkəmiz və regiondakı qardaşlarımız olacaq...

...Bu prosesdən uduzan tərəf isə qanla bəslənən imperialistlər olacaq”.

Hər zaman “Bir millət, iki dövlət” milli konsepsiyasını rəhbər tutan qardaş Azərbaycan Türkiyənin bu tarixi qələbəsinə dəstək verərək sevincini bölüşdü. Prezident İlham Əliyevin X sosial şəbəkə hesabında yayımladığı paylaşımda bu fikirlər yer alır: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

Bəli, qətiyyətli lider – güclü dövlət və parlaq gələcək deməkdir. Bu mənada, biz bu fikri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın xalqın inamını qazanmış iki müdrik rəhbər kimi tarixə adlarını qızıl hərflərlə yazdıran liderlərin timsalında açıq şəkildə görə bilərik. Bu gün hər iki qardaş ölkə regionda və dünyada öz haqlı mövqelərini birlikdə qətiyyətli şəkildə müdafiə edən, möhkəm təməllər üzərində siyasi və iqtisadi baxımdan dayanıqlı inkişaf yolu ilə addımlayan nadir ölkələrdəndir.

Böyük öndər Mustafa Kamal Atatürkün “YURDDA SÜLH, CAHANDA SÜLH” şüarını dövlət idarəçiliyinin əsas prinsipi kimi qəbul edən Türkiyə Cümhuriyyəti bu gün “Terrorsuz Türkiyə” ideyasını reallığa çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə sülhə və sabitliyə sadiqliyini bir daha sübut etmiş oldu.

Eyni zamanda, Türkiyə rəhbərliyi sarsılmaz qətiyyəti hesabına qazandığı uğurlarla həm müqəddəs irsə sədaqətini, həm də gələcək nəsillərə terrordan uzaq, dinc, firavan və təhlükəsiz Vətən miras qoymaq əzmini də nümayiş etdirdi.

İnanırıq ki, terrorizmin kökünün kəsilməsi ölkədə davamlı sülh və sabitliyin, dayanıqlı inkişafın təmin olunması baxımından mühüm addım olacaqdır. Eyni zamanda, Türkiyənin tarixə düşəcək parlaq qələbəsi onun gələcək inkişafına, regionda və dünyada gücünün, nüfuzunun daha da artmasına geniş imkanlar açacaqdır. Bu mənada, terror təşkilatının ləğvi Türkiyə və ona dost-qardaş dövlətlər üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.

Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri