Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə” uğrunda...

“Terrorsuz Türkiyə” uğrunda...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara yeni qanun qəbul etdi

Uzun illərdir ki, Türkiyəni narahat edən, dinc insanların ölümü, ordu mənsublarının həyatını itirməsi ilə nəticələnən terror təhdidi tam aradan qalxa bilər. Belə ki, “Terrorsuz Türkiyə” məqsədi ilə hazırlanmış Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi haqqında Qanun Layihəsi Türkiyə Böyük Millət Məclisində səsverməyə çıxarılıb. “Milliyyət” xəbər verir ki, 12 saatlıq müzakirələrdən sonra keçirilən səsvermədən sonra qanun layihəsi qəbul edilib. Verilən məlumata görə, qayda dərhal qüvvəyə minməyəcək. Prosesin ən vacib mərhələsi PKK və Kİİ-nin (Kürdüstan İcmalar İttifaqı) silahı yerə qoyduğunun rəsmi təsdiqi və qətiyyəti olacaq.

Qanuna görə...

Qeyd edək ki, 562 deputatdan 468-i normativ aktın lehinə səs verib. 12 maddədən ibarət olan qanunvericilik təşəbbüsünün məqsədi zorakılıq yolundan imtina etmiş cinayətkar təşkilat üzvlərinin cəmiyyətə yenidən inteqrasiyasının təmin olunmasıdır.

Sənədə əsasən, terror təşkilatının tərkibində törətdikləri qanunazidd əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər barəsində cəzanın icrası 5 il müddətinə təxirə salına biləcək. Əməllərinə görə 15 ildən artıq və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər üçün isə bu müddət 10 il olacaq.

Qanundan yararlanmaq istəyən şəxslər 6 ay ərzində müraciət edə biləcəklər. Bununla yanaşı, cəzanın icrasının təxirə salınması iddia müddətinin başa çatmasına görə cinayət məsuliyyətindən azad edilmək üçün əsas hesab olunmayacaq.

Terrorçu PKK-nın rəhbərləri, qəsdən adamöldürmə cinayəti törətmiş terrorçular, habelə 2005-ci il iyunun 1-dək ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan, xüsusilə, ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər çərçivə qanununun tələblərindən yararlana bilməyəcəklər.

Prosesə nəzarəti Türkiyənin Ədliyyə, Xarici İşlər və Daxili İşlər nazirlikləri, Prezident Administrasiyasının Katibliyi, Milli Kəşfiyyat Təşkilatı və Milli Təhlükəsizlik Şurasının Katibliyinin birgə iştirakı ilə formalaşdırılacaq xüsusi qurum həyata keçirəcək.

Türkiyə ictimaiyyəti qanunu dəstəkləyir...

TBMM-də təmsil olunan bir çox partiyaların nümayəndələri qanun layihəsi ilə bağlı fikirlərini bildirərkən, müsbət rəy ifadə ediblər. Belə ki, Yeni Yol Partiyasının qrup lideri Mehmet Emin Ekmen MHP sədri Baxçalıya “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mövqeyinə görə təşəkkür edib. CHP Qars millət vəkili İnan Akgün Alp bu qanun sayəsində yeni bir siyasi mədəniyyətin inkişaf edəcəyini bildirib.

TBMM sədri Numan Kurtulmuş da mətbuata açıqlamasında bildirib: “Birlikdə yeni bir dövr quracağıq. Bu, tarixi bir nailiyyətdir. Türkiyə ən çətin məsələlərini belə müttəfiqlik yolu ilə həll etmək gücünə malikdir. Bundan sonra proses rahat keçəcək.”

Ölkənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, “468 “bəli” səsi siyasi konsensus və ictimai mülkiyyət baxımından son dərəcə vacib və dəyərlidir.”

AK Partiya Qrup rəhbəri sədri Abdullah Gülər isə deyib: “Cənab Prezidentimiz Ərdoğana, MHP sədri Baxçalıya, DEM Partiyasının həmsədrlərinə, İmralıya səfər edən millət vəkillərimizə, AK Partiya qrupumuza, MHP millət vəkillərimizə və Yeni Yol, Yeni Partiya və CHP millət vəkillərinə güclü dəstəyinə və prosesə verdiyi töhfələrə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Ümidsizliyə dözümümüz yoxdur. Türkiyə üçün yeni üfüqlər açmaq istəyirik. Nəyin bahasına olursa olsun, buna birlikdə nail olacağıq. Məqsədimiz silah və zorakılığın Türkiyədə bir daha müzakirə olunmamasını təmin etməkdir. Bu qanun Türkiyə üçün əsl modeldir. Bu torpağın uşaqları bu problemi səmimi qəlbdən həll etmək və daha güclü, daha qardaş Türkiyəyə doğru çiyin-çiyinə getmək istəyirlər”.

MHP-nin Sədr müavini Feti Yıldız bildirib: “1 oktyabr 2024-cü ildə, Türkiyə Böyük Millət Məclisinin qanunvericilik ilinin açılış mərasimində, sədr Baxçalı ilə DEM Partiyasının millət vəkilləri arasında 677 gün əvvəl baş tutan əl sıxışması və onlara ünvanladığı sözlər Türkiyə siyasi həyatında yeni bir qapı açdı. Yenə də, 22 oktyabrda qrup iclasında etdiyi tarixi çağırış Türkiyə siyasətində dönüş nöqtəsinə çevrildi. Bu tarixi çağırış bir mərhələdir, əsrin ən cəsarətli transformativ siyasi addımıdır. Bu addım və keçən zaman PKK-nın özünü dağıtması və silahlarını yerə qoymaq qərarına gəlməsi ilə nəticələndi. Biz sona qədər terrorsuz bir Türkiyənin tərəfdarıyıq”.

Proses necə başladı?

Beləliklə, bu qanunun qəbulu Türkiyədə PKK-nın silahı yerə qoyması prosesini simvolik addımdan hüquqi mərhələyə keçirir. Qeyd edək ki, prosesin siyasi başlanğıcı 2024-cü ilin oktyabrında MHP lideri Dövlət Baxçalının parlamentdə çıxış edərək Abdullah Öcalanın PKK-nın ləğv edildiyini elan etməsi ilə bağlı çağırışı ilə əlaqələndirilir. Bu çağırış Türkiyə siyasi mühitində gözlənilməz dönüş yaratdı. 2025-ci ilin fevralında İmralı həbsxanasında olan PKK lideri Abdullah Öcalan təşkilata silahlı mübarizəni dayandırmaq, silahı yerə qoymaq və özünü buraxmaq çağırışı etdi. 2025-ci ilin mayında isə PKK qurultay keçirərək ləğv və silahlı mübarizəyə son qoymaq barədə qərarını açıqladı. Prosesin ən mühüm simvolik mərhələsi 11 iyul 2025-ci ildə İraqın Süleymaniyə vilayətinin Dukan bölgəsində baş verdi. PKK-nın ilk qrupu silahlarını təhvil verdi və silahlar məhv edilmək məqsədilə yandırıldı. Türkiyə mediasının məlumatına görə, bu, “Terrorsuz Türkiyə” prosesinin ilk konkret mərhələsi idi. Bu mərhələ birdəfəlik silah təhvilvermə deyil, mərhələli proses kimi nəzərdə tutulmuşdu. Silahların tam təhvil verilməsi və PKK-nın hərbi strukturunun aradan qaldırılması əsas hədəf idi.

Siyasi analitiklər qeyd edir ki, proses Türkiyə hakimiyyətinin “Terrorsuz Türkiyə” strategiyasının uğuruna hədəflənib. Məqsəd PKK-nın silahlı fəaliyyətinin, təşkilati strukturunun və Türkiyə ərazisində terror təhlükəsinin tamamilə aradan qaldırılmasıdır. Qanun isə prosesi hüquqi müstəviyə daşıyır.

“Terrorsuz Türkiyə” hədəfinin dividendləri...

Qeyd edək ki, qardaş Türkiyədə terrorun bitməsi regionda sabitliyin, təhlükəsizliyin təmini istiqamətində olduqca vacib bir addımdır. Bu, həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sülh mühitinin paralel inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Türkiyə - PKK qarşıdurmasının başa çatması Türkiyənin daxili təhlükəsizliyini gücləndirə bilər ki, bu da Ankara üçün mühüm üstünlüklər formalaşdırır. Eyni zamanda, bu proses Ankaranın İraq və Suriya ilə münasibətlərində yeni imkanlar yarada bilər, həmçinin Türkiyənin regionun aparıcı aktoru kimi mövqeyini gücləndirəcək. “Terrorsuz Türkyə” prosesi Ankaranın Cənubi Qafqaz, Orta Şərq və Türk dünyası istiqamətində daha çox siyasi-diplomatik resurs ayırmasına şərait yarada bilər. Ən əsası isə, Ankara-Bakı strateji müttəfiqliyi baxımından Türkiyənin regional gücünün daha da artması Azərbaycanın maraqlarına uyğun yeni imkanlar yarada bilər.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri