Icma.az
close
up
RU
Aktau şəhərində Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

Aktau şəhərində Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin “Xəzər hövzəsinin ekoloji problemləri qlobal müstəvidə” layihəsi çərçivəsində ingilis dilində nəşr edilmiş “The Caspian sea: Historical Preconditions of contemporary environmental issues” (Xəzər dənizi: Müasir ekoloji problemlərin tarixi kökləri) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun müraciəti və təşkilatçılığı ilə Ş.Yessenov adına Universitetdə baş tutmuş təqdimatda universitetin prorektoru Askar Seidaliyev, Baş Konsulluğun konsulu Mübariz Cəfərov, Aktau şəhər məsləhətinin deputatı, ekoloq Kirill Osin, “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, universitetin müəllim və tələbələri, o cümlədən Azərbaycan diasporunun fəalları iştirak ediblər.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova iştirakçılara Azərbaycan alimlərinin məqalələrindən ibarət “The Caspian sea: Historical Preconditions of contemporary environmental issues” kitabı barədə ətraflı məlumat verib, həmçinin son 150 ildə Xəzər hövzəsində baş vermiş transformasiyalara, 2024-cü ilin noyabrında COP29 çərçivəsində yaradılmış “The Caspian House” (Xəzər evi) elektron platformasına və “Yaşıl iqtisadiyyat” virtual muzeyinə dair təqdimat edib.

Təqdimatdan sonra Xəzər dənizinin ekoloji problemləri barəsində müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri