Icma.az
close
up
RU
Xəzər dənizinin ekoloji problemləri Deputat YAZIR

Xəzər dənizinin ekoloji problemləri Deputat YAZIR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər dənizi sadəcə bir su hövzəsi deyil - o, regionumuzun döyünən ürəyidir. Xəzər, həmçinin, saysız-hesabsız balıq, bitki və digər canlı növlərinə məskən olaraq, biomüxtəlifliyin qorunmasında həlledici rol oynayır.

Bütün göllər kimi, Xəzər də öz ekoloji əhəmiyyətindən başqa, iqlimin tənzimlənməsinə böyük töhfə verir, ətraf əraziləri sərin saxlayır, daşqın sularını udur və karbonu özündə saxlaya bilir. Eyni zamanda, turizm, balıqçılıq, neft və qaz istismarı və digər fəaliyyətlər ilə ölkənin iqtisadi rifahını gücləndirən imkanlar açır.

Lakin hazırda Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir. Eyni zamanda qlobal istiləşmə və hədsiz istifadə nəticəsində Xəzərə axan çayların suyunda azalma müşahidə olunur.

Xəzərə tökülən və onu qidalandıran əsas su ehtiyatı – Volqa çayının suyunun azalması ən başlıca səbəblərdən biridir. Son 10 ildə bir metrdən çox onun səviyyəsi aşağı düşüb. Xəzərin suyunun çəkilməsi neft və qaz istismarına da öz mənfi təsirini göstərir. Onun sahilləri quruyur, ətrafında isə səhralaşma sürətlə yayılır.


Xəzərə axan çayların suyunun təmiz olmaması da burada əlavə ekoloji çirklənmə yaradır. Belə ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin çirkab sularının transsərhəd çaylara axıdılması nəticəsində Xəzərə tökülən həm Araz, həm də Kür çayı kimyəvi çirklənməyə məruz qalır. Bununla da BMT-in Transsərhəd Kontekstdə Ətraf Mühitin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələbləri pozulur. 

Bu, yalnız Azərbaycanın problemi deyil. Xəzər beş ölkəni birləşdirir. Bu dəniz region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Heç bir ölkə təkbaşına bu dənizi xilas edə bilməz. Beş ölkə yalnız çiyin-çiyinə bu problemi həll edərək Xəzəri qoruya bilər. Qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanmışdır. 

Prezident İlham Əliyev 2022-ci ildə Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Xəzərin ekoloji çirklənməsini vurğulamışdı. O, bildirmişdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. 

Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan sayılır. Xəzərin ekoloji vəziyyəti haqqında birgə tədqiqat işlərinin aparılması da real mənzərəni ortaya qoya və görüləcək tədbirləri müəyyənləşdirmək üçün zəmin ola bilər.
BMT Baş Assambleyasının 80-cı sessiyası zamanı dövlət başçımız Xəzərin suyunun sürətlə azaldığını və bunun yalnız iqlim dəyişmələri ilə bağlı olmadığını bildirdi. Xəzərin qorunması üçün region ölkələrinin birgə səylərinin vacibliyini qeyd edən Prezident bu sahədə BMT ilə əməkdaşlığa hazır olduğumuzu ifadə etdi. 

Prezident İlham Əliyev bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi. Ətraf mühitin qorunması sahəsində Konvensiyaların, xüsusilə “Beynəlxalq Göllər haqqında” Konvensiyanın tələblərindən irəli gələrək BMT Xəzəryanı ölkələrin bu sahədə regional əməkdaşlıqlarını təşviq edə bilər. 


BMT-in “Sərhədi keçən su axınları və beynəlxalq göllərin qorunması və istifadəsi” haqqında 1992-ci ildə Helsinkidə qəbul edilmiş konvensiyasının məqsədi dövlətlər arasında su mənbələrinin qorunması və dayanıqlı istifadə prinsiplərini təmin etmək üçün əməkdaşlıq mexanizmləri yaratmaqdır. Konvensiya, monitorinq, tədqiqat, məlumat mübadiləsi, xəbərdarlıq sistemləri, qarşılıqlı yardım və ictimai iştirak kimi tədbirləri nəzərdə tutur.

BMT-nin “Beynəlxalq su mənbələrinin qeyri-naviqasiyalı istifadəsi haqqında” 1997-ci il Konvensiyası isə tələb edir ki, dövlətlər “significant harm” (ən azı vacib ziyan verməmə) prinsipinə riayət etməli, resursları ədalətli şəkildə bölüşdürməli, su axınlarının istifadəsi ilə bağlı tədbirlərinin qonşu dövlətlərə mənfi təsir göstərib-göstərmədiyini diqqətlə qiymətləndirməlidirlər. Bu Konvensiyaya görə, dövlətlər bir-birlərinə su istifadəsi ilə bağlı planlarını əvvəlcədən bildirməli, digər dövlətlərin narahatlıqlarını dinləməli və zəruri hallarda müzakirələr aparmalıdırlar.
Göründüyü kimi, BMT-in su mənbələrinin müdafiəsi ilə bağlı real beynəlxalq hüquqi mexanizmləri mövcuddur. Lakin burada birgə addımların atılması vacibdir.

Bugün Xəzər üçün birgə hərəkət etməsək, “tragedy of commons” (ortaq sərvətlərin faciəsi)  baş verə bilər. 

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri