Zelenski Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin bu tarixdə görüşəcəyini təsdiqlədi
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Volodimir Zelenski bazar günü təsdiqləyib ki, ilin əvvəlindən bəri dalana dirənmiş sülh danışıqlarını yenidən canlandırmaq məqsədilə noyabr ayında ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək.
"Biz müzakirələrə hazırıq. Əgər söhbət ərazi məsələsindən gedirsə, bu məsələ liderlər səviyyəsində müzakirə olunmalıdır. Digər məsələlər isə texniki qrupların səlahiyyətinə aiddir. Buna görə də bütün bunları noyabr ayında müzakirə etmək mümkün olacaq”, – deyə Ukrayna Prezidenti milli televiziyaya müsahibəsində bildirib.
Rusiya cümə günü belə bir görüşün noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Bu görüş İranda İsrail və ABŞ arasında müharibənin başlanmasından sonra dayanmış sülh danışıqlarını yenidən canlandırmağa yönəlmiş ABŞ-nin son səyləri çərçivəsində planlaşdırılır.
2025-ci ildə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılsa da, tərəflərin öz şərtlərində israr etməsi səbəbindən münaqişənin həlli mümkün olmayıb. Bazar günü Volodimir Zelenski Rusiyanın bir sıra tələblərini yenidən rədd edərək Ukraynanın Qərb müttəfiqlərindən tələb etdiyi təhlükəsizlik zəmanətlərinin, ordusunun say tərkibinin və müttəfiqlik seçimlərinin "müzakirə mövzusu olmadığını” bildirib.
Onun sözlərinə görə, Moskvanın Ukraynada iddia etdiyi ərazilər məsələsi "yalnız liderlər səviyyəsində müzakirə oluna bilər”. Bu isə Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşün keçirilməsini nəzərdə tutur. Bununla belə, Kreml yekun sülh sazişi əldə olunmazdan əvvəl belə bir görüşün keçirilməsini dəfələrlə rədd edib.
Ukrayna Prezidenti ölkəsinin 2025-ci ildə olduğu kimi bu qış da Rusiyanın ağır hava zərbələrinə məruz qalacağından ehtiyat etdiyi bir vaxtda enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı atəşkəsə yenidən çağırıb.
Rusiya isə münaqişənin mahiyyəti üzrə razılaşma əldə olunana qədər döyüşlərdə hər hansı fasiləni rədd edir. Moskva hesab edir ki, atəşkəs Kiyevə yenidən silahlanmaq imkanı verər.
///trend///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 26 Oktyabr 2026 07:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















