Icma.az
close
up
RU
Aktyor Məmmədkamal Kazımovun xatirə gecəsi keçirildi

Aktyor Məmmədkamal Kazımovun xatirə gecəsi keçirildi

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Bu gün Azərbaycanın teatr va kino aktyoru, rejissor, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun 95 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Film Fondunda keçirilən gecədə mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xalq artisti Hacı İsmayılov bildirib ki, teatrda ona ilk rolu verən məhz Məmmədkamal Kazımov olub.
"İlk dəfə Məmmədkamal müəllimi "Bir cənub şəhəri" filminin çəkilişlərində görmüşəm. O zaman uşaq idik, dedilər ki, film çəkilir, biz də ora əsasən Eldənizə (Eldəniz Zeynalov-red) baxmağa gedirdik. Amma orda Eldar Quliyevi, Rasim Ocaqovu və Məmmədkamal Kazımovu gördüm.1970- ci ildə teatra gələndə görkəmli sənətkarlarla qarşılaşdım. Amma içərisində mənə çox səmimi yanaşan Məmmədkamal müəllim oldu. Biz onunla dost olmuşuq. O uzun müddət teatr sənətinə xidmət edib. Onu həmişə xatırlayıram".

Xalq artisti Rafiq Əzimov qeyd edib ki, Məmmədkamal müəllimlə onun hazırladığı üç tamaşada birlikdə çalışıb.
"Üçü də maraqlı tamaşa idi. Sevinirəm ki, sənətimizin intibah dövründə Məmmədkamal müəllim və onun kimi sənətkarlarla işləmişik. Onun sənəti də insaniyyəti də yadda qalıb. O həmişə qəlblərdə yaşayacaq".

Xalq artisti Həmidə Ömərova Məmmədkamal Kazımovla birgə çəkildiyi "Yol əhvalatı" filminin çəkilişlərini xatırlayıb. O bildirib ki, filmdə ən yadda qalan səhnələrdən birini məhz Məmmədkamal Kazımovla oynayıb.
"Onun "Yol əhvalatı"nda yaratdığı obraz çox parlaq idi. Filmin çəkilişləri çay fabrikasının yanında aparılırdı. Bir etiraf edim, ssenariyə görə oynadığım Zümrüd obrazı biləndə ki, onu aldadıblar, çox əsəbləşir. Və orda Məmmədkamal müəllimlə qarşılıqlı bir neçə səhnələr çəkildi, amma təəssüf ki, filmin rejissoru Teymur Bəkirzadə o kadrları filmə daxil etmədi".

Tədbirdə çıxış edənlər Məmmədkamal Kazımovun ömrünün sonuna kimi səhnədən ayrılmadığını bildirib, onun milli peşəkar teatrımızın formalaşmasında özünəməxsus xidmətlərindən danışıblar.

Xatirə gecəsində aktyorun oynadığı filmlərdən kadrlar da nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri