Məmmədkamal Kazımov 95
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
05 dekabr 2024-cü il tarixdə aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Dövlət Film Fondunda keçirilən tədbirdə görkəmli teatr və kino xadimləri, ziyalılar və sənətkarın doğmaları iştirak ediblər.
Sənət dostları Məmmədkamal Kazımovu xoş xatirələrlə yad ediblər.
Tədbirdə çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Əməkdar artist Yadigar Muradov Məmmədkamal Kazımovun keçdiyi zəngin həyat və yaradıcılıq yolundan, yaratdığı maraqlı obrazlardan, quruluş verdiyi sənət nümunələrindən danışıblar. Tədbir iştirakçıları sənətkarın ömür yolunu əks etdirən sərgi ilə tanış olublar.
Maraqlı söhbətlərlə davam edən xatirə gecəsinin sonunda sənətkarın qızı Vəfa xanım Növruzova tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.







Baxış sayı:162
Bu xəbər 07 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















