Icma.az
close
up
RU
Məmmədkamal Kazımovun 95 illiyi qeyd olundu Fotolar

Məmmədkamal Kazımovun 95 illiyi qeyd olundu Fotolar

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, teatr və kino aktyoru, rejissor Məmmədkamal Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları fondun foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Əməkdar artist Elnur Kərimovun aparıcılığı ilə keçirilən tədbirdə Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Rafiq Quliyev və başqaları görkəmli sənətkar haqqında ürəkdolusu danışaraq onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.

Bildirilib ki, onun yaratdığı rollar öz şirinliyi, səmimiyyəti, sadəliyi, özünəməxsusluğu ilə diqqət çəkib.

Qeyd edilib ki, Məmmədkamal Allahqulu oğlu Kazımov 1929-cu il avqustun 27-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta təhsilini 187 nömrəli orta məktəbdə alıb. Erkən çağlardan teatra maraq göstərib. Məktəbin dram dərnəyində yaxından iştirak edib.

Orta məktəbi bitirdikdən sonra Akademik Dram Teatrının nəzdində açılmış aktyorluq studiyasına qəbul olunub. Görkəmli aktyor və rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi studiyada üç il oxuyub. Müəyyən təcrübə əldə etdikdən sonra teatrın köməkçi heyətinə işə götürülüb. Əvvəlcə epizodik rollarda səhnəyə çıxıb. Qısa müddət ərzində kollektivin sevimlisinə çevrilib. Səhnə sənətinə dərin marağını görən rejissorlar tamaşalarda rejissor köməkçisi, rejissor assistenti kimi onunla əməkdaşlıq edirdilər.

M.Kazımov 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. O, sonra həmin təhsil ocağının Rejissorluq fakültəsini də bitirib.

Akademik teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar hazırlayıb. A.Arbuzovun “Tanya”, H.Muxtarovun “Kimdir müqəssir?”, E.Ryazanovun “Sevgi-sevgi”, A.S.Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, İ.Səfərlinin “Yol ayrıcında”, S.Dağlının “Kölgələr pıçıldaşır”, Q.Qorinin “Görünməmiş toy”, M.F.Axundzadənin “Xırs quldurbasan”, A.Şaiqin “Fitnə” kimi əsərlərinə verdiyi quruluşlar özünəməxsusluğu ilə seçilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Diqqətə çatdırılıb ki, istedadlı rejissorun fəaliyyəti Milli Dram Teatrı ilə məhdudlaşmayıb. O, eyni zamanda, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun “Ana məhəbbəti”, “Tənqid-təbliğ teatrı”nda Q.Rəsulovun “Məhəbbət oyunu”, “Əhli-beyt teatrı”nda Ş.Nəzərlinin “Mücdədin yuxusu” əsərlərinə səhnə həyatı verib.

Mədəniyyət Nazirliyinin göndərişi ilə M.Kazımov 1983-cü ildə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunub. O, bu kollektivdə beş il çalışıb. Həmin illər çox məhsuldar və maraqlı olub. M.Kazımov Ağdam teatrında işlədiyi müddətdə M.Hüseyn və İ.Əfəndiyevin “İntizar” pyesinə, S.Rüstəmin “Qaçaq Nəbi”, Ə.Fərzəlinin “Yurdda kim qaldı”, Ə.İlhamın “Qızıl əjdaha” və “Nərgiz ana”, İ.Məlikzadənin “Son gecə”, M.Lermontovun “İki qardaş”, S.Vurğunun “Fərhad və Şirin” və başqa əsərlərə quruluş verib.

Görkəmli sənətkar Bakı şəhər Xətai adına Mədəniyyət sarayında fəaliyyət göstərən S.Vurğun adına Xalq teatrına 20 ilə yaxın rəhbərlik edib. Burada da bir-birindən maraqlı 40-dan artıq tamaşa hazırlayıb.

Əməyi yüksək qiymətləndirilən sənətkar 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.

Bildirilib ki, M.Kazımov, eyni zamanda, kino sahəsində uğurla fəaliyyət göstərib. Çəkildiyi filmlərin əksəriyyətində epizodik rollar yaratsa da, tamaşaçıların rəğbətini qazanmağı bacarıb. Onun “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara “Volqa” və s. bədii filmlərdə, eləcə də “Ac həriflər” televiziya tamaşasında həyat verdiyi obrazlar kinosevərlərin qəlbində əbədi sevgi qazanıb.

Sənətkar ömrünün son günlərinə qədər teatrdan ayrılmayıb. Sonuncu iş yeri Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” teatrı olub. Burada baş rejissor kimi fəaliyyət göstərən M.Kazımov S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Solğun çiçəklər” və başqa əsərləri səhnələşdirib.

Məmmədkamal Kazımov 2005-ci il dekabrın 13-də vəfat edib.

Tədbirdə sənətkarın oynadığı teatr tamaşalarından, çəkildiyi filmlərdən kadrlar da nümayiş olunub.

Sonda sənətkarın ailəsi adından qızı Vəfa Novruzova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Dekabr 2024 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see136

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri