Aktyor Yevgeni Maksimov: Əgər “süni intellektdən yumor” istəyiriksə, qoy elə süni intellekt zarafat etsin
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 yanvar, Anara Axundova, AZƏRTAC
AZƏRTAC yaradıcılıq sahəsində süni intellektin (AI) tətbiqi mövzusunda mədəniyyət xadimləri ilə söhbətləri davam etdirir. Bu dəfə aktyor və rejissor Yevgeni Maksimovla danışırıq. Qonağımız teatrda hansı proseslərdə AI-dən istifadə olunmasının məqsədəuyğun olduğunu dəyərləndirir. Həmçinin insanla maşının qarşılıqlı əlaqəsi mövzusuna həsr olunmuş, rejissoru olduğu yeni tamaşa barədə məlumat verir.
“Mən yaradıcılıq sahəsində AI-nin tətbiqinə çox müsbət yanaşıram. Bir vaxtlar, məsələn, mətnlərin yazılmasında, musiqi bəstələnməsində, qrafik işlərin yaradılmasında kompüterdən istifadə yenilik idi və s., indi isə biz buna ümumiyyətlə diqqət yetirmirik”, – deyə müsahibimiz qeyd edib.
Yevgeni Maksimovun fikrincə, müasir teatrda AI-dən istifadə digər rahat alətlərdən istifadə qədər məqsədəuyğundur: “Ən azından hələlik biz AI-ni alət kimi qəbul edirik, əslində elə bu alətdir. Yeri gəlmişkən, bizim “Teatr O2”də yeni tamaşamız da məhz bu barədədir. Bu, Stanislav Lemin “Sadiq robot” televiziya pyesi əsasında səhnələşdirilən “Sadiq Sİ” tamaşasıdır. Əgər sizin mükəmməl bir alətiniz olsaydı, ondan istifadə etməyə hazır olardınızmı? Teatrda AI-dən istifadə nümunəsi də buradan irəli gəlir.
Tamaşada baş qəhrəman bəzən zarafat edir və bu, mütləq spesifik, “AI-yə xas” yumor olmalıdır. Əvvəlcə adəti üzrə bu zarafatları özümüz düşünməyə çalışdıq, sonra isə anladıq ki, əgər “AI-dən yumor” istəyiriksə, qoy elə özü, yəni AI zarafat etsin. Yeri gəlmişkən, GPT bunun öhdəsindən gəldi: bizə bir-iki zarafat verdi... Prinsip etibarilə mən bunu AI-nin öhdəsindən gəldiyi yaradıcılıq tapşırığı kimi qəbul etməyə hazıram. Amma nə dərəcədə öhdəsindən gəldiyini artıq yalnız tamaşaçılar qiymətləndirə biləcəklər”.
AI-nin teatrda yaradıcı insanı əvəz edib-edə bilməyəcəyi sualına cavab verən müsahibimiz əvvəlcə “yaradıcı insan” anlayışının nə demək olduğunu müəyyənləşdirməyi təklif edir.
“Dil modeli (AI) məlumat toplaya, onları təhlil edə, kompilyasiya edə bilir. Bunlar daha çox rutin tapşırıqlardır. Bəli, etiraf etmək lazımdır ki, bu tapşırıqların yerinə yetirilməsi çox vaxt aparır, amma… bunlar yenə də yaradıcı tapşırıqlar deyil. Yuxarıda qeyd olunan zarafat nümunəsi, yəqin ki, daha çox istisnalar sahəsinə aiddir. Elə həmin “qaydanı təsdiqləyən istisna”dır.
Yaradıcılıq aktı həmişə şəxsi bir şeylə bağlıdır; çox vaxt yaradıcılığa təkan verən hansısa əhəmiyyətsiz, gözə çarpmayan, təsadüfi bir məqam olur… Məntiqə zidd gedən, məhz təhlilə tabe olmayan bir şey.
Ona görə də məncə, istər teatrda, istərsə də ondan kənarda yaradıcı insanı süni intellekt əvəz edə bilməz. Ehtiyatla əlavə edim ki, hələlik əvəz edə bilməz…”, – deyə aktyor vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Yanvar 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















