Al Watan qəzeti: Suriyanın yeni hakimiyyəti qadınların geyimini məhdudlaşdırmaq niyyətində deyil
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət Suriyada qadın geyimləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Watan" qəzeti məlumat verib.
Qəzetin xəbərinə görə, yeni hakimiyyət qadınların geyimi ilə bağlı məsələlərə qarışmağı, geyim və ya xarici görünüşlə, o cümlədən ciddiyyətin nümayiş etdirilməsi ilə bağlı hər hansı tələblərin qoyulmasına cəhd edilməsini qəti şəkildə qadağan edib.
Hakimiyyət, özünün iddiasına görə, ölkənin hər bir vətəndaşının şəxsi hüquqlarına hörmət edilməsini təmin etməyə çalışır.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəraa və Homs) ələ keçiriblər, dekabrın 8-də Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















