Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Albaniya ölkəmizin strateji enerji tərəfdaşıdır

Albaniya ölkəmizin strateji enerji tərəfdaşıdır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son illər Azərbaycan ilə Albaniya arasında iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 1993-cü il sentyabrın 23-dən ötən müddətdə dövlət başçıları, eləcə də nümayəndə heyətlərinin qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Albaniya arasında 10-a yaxın mühüm sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

İki ölkə arasında bağlanmış ticarət sazişləri isə iqtisadi əlaqələrin daha genişləndirilməsinə imkan yaradıb. İqtisadi münasibətlərin dərinləşməsi isə öz növbəsində ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etməsinə gətirib çıxarıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə iki ölkə arasında cəmi 636,6 min ABŞ dolları dəyərində idxal-ixrac əməliyyatları həyata keçirilmişdisə, 2021-ci ildə bu məbləğ 4 milyon 951 min dollara yüksəlib. 

Albaniya hazırda da Azərbaycanın iqtisadi tərəfdaşlarından biri olaraq ölkəmizi beynəlxalq aləmdə yaxından dəstəkləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 2 milyon 455,11 min dollar təşkil edib ki, bunun da 628,04 min dolları idxalın, 1 milyon 827,07 min dolları isə ixracın payına düşüb. Bununla belə, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün potensial olduqca yüksəkdir. Məhz bu səbəbdən tərəflər iqtisadi əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. 

Azərbaycanla Albaniya arasında enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından əlverişli fürsətdir. Artıq bunun üçün möhkəm əsas da yaradılıb. Məlum olduğu kimi, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən 3500 kilometrlik Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan Trans-Adriatik Boru Kəməri (TAP) Albaniyanın ərazisindən keçir. Məhz buna görə də TAP layihəsi iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Yeri gəlmişkən, TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya, Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işlərinə başlanılıb. 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniyanın podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. Göründüyü kimi, bu ölkə TAP layihəsinin həyata keçirilməsi çərçivəsində öz tranzit imkanlarından faydalanmaqla yanaşı, məşğulluq startegiyasının həlli üçün də yaxşı fürsət qazanıb. 

Eyni zamanda, Albaniya Azərbaycanın ölkənin enerji infrastrukturunda fəal iştirakında maraqlıdır. Təsadüfi deyil ki, Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi mətbuata müsahibəsində ölkəsinin enerji sektorunun sürətli inkişafına baxmayaraq, qazlaşdırma məsələlərində geri qaldığını vurğulayaraq Azərbaycanla, xüsusən də SOCAR şirkəti ilə qarşılıqlı əməkdaşlığın qaz infrastrukturunun inkişafını sürətləndirməyə və enerji potensialını genişləndirməyə kömək edəcəyinə əminliyini bildirib. “Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, həmçinin enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Məhz buna görə də sizin şirkətinizin – ­SOCAR-ın iştirakı ilə biz indi, deyək ki, layihənin ilkin mərhələsini – bu layihəyə investisiya qoyuluşuna başlamaq üçün konkret addımlara keçməzdən əvvəl biznes-planın hazırlanmasını başa çatdırırıq”, – deyə o, əlavə edib.

Albaniyanın 2026-cı ildə ilk dəfə TAP boru kəməri ilə “mavi yanacaq” alacağını söyləyən nazir müavini fikrinin davamında bildirib ki, qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya ötürülür, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi ilə bağlı layihə hazırda baxılma mərhələsindədir. Onun sözlərinə görə, Albaniya qazlaşdırma sahəsində geri qalmağı aradan qaldırmağa çalışır və təchizat layihəsini strateji hesab edir. Yeri gəlmişkən, ­TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır ki, bunun da 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq.

Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən bu vaxtadək “köhnə qitəyə”, təqribən, 50 milyard kubmetrdən çox qaz nəql edilib.

Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyən boru kəməri ilə 2026-cı ilə qədər ildə əlavə 1,2 milyard kubmetr qaz nəql olunması gözlənilir. TAP hazırda İtaliyanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə – Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Albaniyanın Korça şəhərinin qazlaşdırılmasını nəzərdə tutan “Nur” layihəsinə strateji əhəmiyyətli layihə kimi yanaşdığını vurğulayan Şeno Klosi onu da deyib ki, bu, ölkəsində qazlaşdırma sahəsində ilk pilot layihədir və Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə və genişləndirməyə imkan verəcək. SOCAR-ın iştirakı ilə həyata keçirilən Korca şəhərinin qazlaşdırılması layihəsinin ilkin mərhələsinin başa çatmaq üzrə olduğunu diqqətə çatdıran nazir müavini bununla paralel olaraq, hazırda Azərbaycan şirkəti ilə qazlaşdırmanın digər mümkün sahələrinin müzakirə edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Albaniyanın inkişaf etməkdə olan turizm məkanı sayılan Vloranın da gələcəkdə “mavi yanacağa” tələbatının ödənilməsi, eləcə də qaz elektrik stansiyaları ilə bağlı bir sıra layihələr nəzərdən keçirilir. 

“Nur” layihəsini Albaniya ilə Azərbaycan arasında enerji sahəsində ilk əməkdaşlıq kimi xarakterizə edən Şeno Klosi deyib ki, bundan sonra biz artıq iki ölkənin enerji sektorunda malik olduqları potensial və təcrübə mübadiləsinə əsaslanan digər layihələr üçün imkanlara baxırıq. “Artıq dediyim kimi, Azərbaycan da hazırda bərpa olunan enerji sektorunu çox sürətlə inkişaf etdirir. Albaniyada bərpaolunan enerji əsasən hidroenergetikaya əsaslanır. Amma bizim nasos stansiyaları, günəş panelləri, külək stansiyaları ilə bağlı mühüm layihələrimiz də var. İndi isə biz bu sahədə bilik və təcrübəmizi genişləndirmək üçün bu layihələrdən istifadə edirik. Çünki, artıq qeyd etdiyim kimi, bərpaolunan enerji gələcəkdir, lakin onu idarə etmək çətindir və ona görə də iki ölkənin təcrübə mübadiləsi aparması çox faydalıdır”, – deyə o əlavə edib. 

Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir. Korça şəhərinin qazlaşdırılması layihəsi ölkələrimiz arasında prioritet istiqamətlərdən biridir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak şərtləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri