Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

AİB ölkəmizin dayanıqlı inkişaf üzrə strateji tərəfdaşıdır

AİB ölkəmizin dayanıqlı inkişaf üzrə strateji tərəfdaşıdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaşıl enerji”, “rəqəmsal ipək yolu”, “IV sənaye inqilabı” əməkdaşlığın üstün yönləridir

Ölkəmiz Avropa İnvestisiya Bankı (AİB) ilə sahibkarlığa dəstək, infrastruktur layihələri və digər istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin AİB-in Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə görüşündə ətraflı söhbət aparılıb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumu ilə uzunmüddətli tərəfdaşlığının ölkənin iqtisadi inkişafı baxımından mühüm önəm daşıdığı vurğulanıb. Bankla infrastruktur, özəl sektora dəstək, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə səmərəli tərəfdaşlığın həyata keçirilməsi yüksək dəyərləndirilib.

Qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici investisiyaların cəlbi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi idi. Bu istiqamətdə Avropa İttifaqının (Aİ) əsas maliyyə qurumu olan Avropa İnvestisiya Bankı ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edib.

Aİ AİB tərəfindən 1991-ci ildə yaradılan Avropa İnvestisiya Bankının əsas missiyası Avropa və onun tərəfdaş ölkələrində iqtisadi sabitlik, sosial rifah və davamlı inkişafın təşviqidir. Bank, xüsusilə keçid dövrünü yaşayan ölkələr üçün bazar iqtisadiyyatı prinsiplərinin tətbiqində, infrastrukturun modernləşdirilməsində və maliyyə resurslarının səmərəli idarə edilməsində mühüm dəstək mexanizmi rolunu oynayıb.

Azərbaycanın 1992-ci ildə AİB-ə üzv qəbul olunması ölkəmizin iqtisadi inkişafına yeni imkanlar açdı. Bu hadisə həm də Azərbaycanın beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisi idi. Çünki 1990-cı illərin əvvəlləri Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb dövr idi. Siyasi qeyri – sabitlik, Qarabağ müharibəsi, bazar iqtisadiyyatına keçidin yaratdığı çətinliklər ölkənin inkişaf imkanlarını məhdudlaşdırırdı. Belə şəraitdə beynəlxalq maliyyə qurumlarının dəstəyi həyati əhəmiyyət daşıyırdı.

AİB-in respublikamızdakı ilk investisiya layihələri əsasən enerji sektoruna yönəldi. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən layihələrdə bu maliyyə qurumunun rolu xüsusilə nəzərəçarpan oldu. Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri və “Şahdəniz” qaz yatağı layihəsi kimi strateji layihələrin maliyyələşdirilməsi AİB-in ölkəmizin enerji siyasətinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirildi. Bu layihələr təkcə Azərbaycanın iqtisadi imkanlarını genişləndirmədi, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirdi.

Enerji sahəsindən sonra AİB-in fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın maliyyə sektorunun gücləndirilməsi oldu. 2000-ci illərin əvvəllərində maliyyə qurumu müxtəlif kommersiya banklarına kredit xətləri açaraq kiçik və orta biznesin maliyyəyə çıxışını asanlaşdırdı. Bu addım ölkədə sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə şərait yaratdı. Mikro, kiçik və orta sahibkarlığa verilən kreditlər təkcə paytaxtda deyil, regionlarda da iqtisadi fəallığın artmasına müsbət təsir göstərdi. Nəticədə AİB-in dəstəyi ilə ölkədə iqtisadi fəaliyyətin coğrafiyası genişləndi, qeyri – neft sektorunda rəqabətqabiliyyətli müəssisələrin formalaşmasına imkan yarandı.

Respublikamızın coğrafi mövqeyi ölkəni mühüm nəqliyyat qovşaqlarından birinə çevirib. Bu üstünlüyün reallaşdırılması üçün yol, dəmir yolu və logistika infrastrukturu sahəsində iri layihələrə ehtiyac var idi. AİB bu istiqamətdə də Azərbaycanın əsas tərəfdaşlarından biri oldu. Bankın dəstəyi ilə Bakı Limanı və dəmir yolu şəbəkəsinin modernləşdirilməsi, eləcə də regionlarda avtomobil yollarının yenilənməsi həyata keçirildi. Bu layihələr Azərbaycanın Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərində strateji mövqeyini möhkəmləndirdi, ölkənin tranzit imkanlarını artırdı və logistika xidmətlərinin inkişafına şərait yaratdı.

Son illərdə Azərbaycanın inkişaf strategiyasında “yaşıl” enerji və ekoloji davamlılıq əsas prioritetlərdən birinə çevrilib. Bu istiqamətdə də AİB ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bank ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına, günəş və külək enerjisi layihələrinin maliyyələşdirilməsinə dəstək göstərib. Bundan başqa, enerji səmərəliliyinin artırılması, tullantıların idarə olunması və ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində də bu beynəlxalq maliyyə qurumunun təcrübəsi Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə əhəmiyyətli töhfə verib.

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas çağırışlardan biri neft gəlirlərindən asılılığın azaldılması və qeyri – neft sektorunun inkişafıdır. Bu baxımdan AİB-lə əməkdaşlığın gələcəkdə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, regionların inkişafı və sosial infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacağı gözlənilir.

Aİ-nin “Yaşıl razılaşma” və “Rəqəmsal transformasiya” təşəbbüsləri ilə Azərbaycanın “yaşıl enerji zonası”, “rəqəmsal ipək yolu” və 4-cü Sənaye İnqilabı Mərkəzi kimi prioritetləri arasında ortaq məqamların mövcudluğu da gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirir.

Ümumilikdə, AİB ilə Azərbaycan arasında 30 ildən artıq davam edən əməkdaşlıq ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayıb. Enerji sektorundan başlayaraq maliyyə, infrastruktur və ekoloji layihələrə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq respublikamızın beynəlxalq iqtisadi sistemdə mövqelərinin möhkəmlənməsinə, dayanıqlı inkişaf strategiyasının reallaşmasına əhəmiyyətli töhfə verib. Ötən dövrdə bank ilə əməkdaşlıq Azərbaycanın yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Avropa ilə əlaqələrinin dərinləşməsinə müsbət təsir göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri