Icma.az
close
up
RU
Aleksandr İskəndəryan: “Azərbaycan heç bir ərazini bizə verməyəcək,bunu gözləmək də yersizdir” KONKRET

Aleksandr İskəndəryan: “Azərbaycan heç bir ərazini bizə verməyəcək,bunu gözləmək də yersizdir” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal proseslərin Cənubi Qafqaza təsiri bütün zamanlarda olub və regiondakı siyasi proseslərin gedişində özünü biruzə verib. Siyasi hadisələrdən bəhrələnməyə çalışan ermənilər isə öz absiyalarını həyata keçirmək üçün daim münbit şəraitdən istifadə etməyə çalışıblar. Bakıda keçirilən COP29-dan əvvəl beynəlxalq tədbirin baykotuna çalışan erməni siyasi qüvvələri və onların havadarları indi də başqa müstəvidə kampaniya aparırlar. Yenə hədəf Azrəbaycandır və onlar elə güman edirlər ki, dünyada apardıqları anti-Azərbaycan təbliğatıyla hansısa dvident qazana biləcəklər. Bu baxımdan erməni siyasi ekspertlər xüsusi rol oynayır. Onlar təhlillərində Azərbaycanla münasibətlərə müxtəlif aspektlərdən yanaşır və bütün hallarda revanşist təbliğatla məşğul olurlar. Erməni politoloq Aleksandr İskəndəryan da bütün yanaşmalarında eyni mövqedən çıxış edib. COP29  başa çatdıqdan sonra Ermənistan-Azərbaycan münasibətlərinin perspektivlərini təhlil edən İskəndəriyan Ermənistandakı  vəziyyəti müzakirə edib. Eyni zamanda  qlobal proseslərin Cənubi Qafqaza təsirini qiymətləndirib. Ekspert bildirib ki, yaxın gələcəkdə İrəvan-Bakı danışıqlarında ciddi irəliləyişlərin olacağını gözləməyə dəyməz.

KONKRET.az Aleksandr İskəndəryanın Ermənistan mətbuatına verdiyi müsahibəni təqdim edir.

– Azərbaycanda COP29 konfransı başa çatıb. Bununla bağlı Ermənistanda əks gözləntilər var. Bəziləri hesab edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla substantiv danışıqlara başlayacaq və heç olmasa sərhədlərin delimitasiyası və demarkasiyası prosesini davam etdirmək mümkün olacaq. Digərləri isə əksinə, Azərbaycanın Ermənistana münasibətdə ritorikasının sərtləşdirilməsini gözləyirlər. Siz nə gözləyirsiniz?

– Ritorika güclənəcək və Azərbaycan tərəfdən Ermənistana bu təzyiq prosesi davam edəcək.  Delimitasiya prosesində hansısa ciddi hərəkətlərə gəlincə, mən bunu düşünmürəm. Çünki baş verənləri real delimitasiya adlandırmaq çətindir. Sadəcə olaraq Ermənistanın Azərbaycana verdiyi, Ermənistanın nəzarətində olduğu ərazilər var idi. İndi onlar Azərbaycanın nəzarətindədir. Azərbaycan heç bir ərazisini bizə verməyəcək. Məncə, bunu gözləmək də yersizdir.

-Ümumi regional vəziyyət necədir? Trampın ABŞ-də hakimiyyətə gəlməsi nəyi dəyişəcək. Suriyada, Gürcüstanda hansı proseslər baş verir. Bu proseslər  Ermənistan-Azərbaycan danışıqlarına necə təsir edir?

-Birbaşa təsir etdiyini demək çətindir. Azərbaycanın strategiyas bəllidir və olduğu kimi qalır. Güman etmirəm ki, hər hansı qəfil dəyişiklik baş versin. İran-İsrail istiqamətində qəfil hansısa fəlakət baş versə, bu, halda hansısa təsir ola  bilər. Amma indi buna elə də ciddi yanaşmıram. Heç kim regionda böyük müharibə istəmir. Trampın hakimiyyətə gəlişinə gəlincə, Amerika Birləşmiş Ştatlarının regionumuzla bağlı siyasətinin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Əvvəla, indi hakimiyyətə gələn Tramp  ilk dəfə hakimiyyətə gələn Trampa oxşamır.  İkincisi, o zaman bu problem ətrafında Ukrayna müharibəsi yox idi. Üçüncüsü, Amerikanın İranla bağlı siyasətinin yeni Tramp administrasiyası üçün nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Əgər birdən vəziyyət hansısa gözlənilməz şəkildə inkişaf etsə, təbii ki, bu, Ermənistana da təsir edəcək, amma indi proqnoz vermək tezdir.

– Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyaların  olacağını gözləyirsinizmi? Bunun baş verəcəyi tərqdirdə  Azərbaycan məqsədlərinə çata bilərmi?

– Geniş miqyaslı hərbi əməliyyatların baş verəcəyini düşünmürəm. Hər hansı eskalasiyaya gəlincə, ola bilər. Uzun müddətdir ki, ciddi eskalasiya müşahidə edilmir. Amma təzyiq üsullarından biri kimi onlardan istifadə etmək olar.

-Bəs Avropa İttifaqının və Moskvanın  Ermənistan-Azərbaycan danışıqlarında  ümumi iştirakını necə dəyərləndirirsiniz?

-Bu, Ukraynadan asılıdır. Görək  Ukrayna ətrafında vəziyyət necə inkişaf edəcək? Ümumiyyətlə, regiondakı hadisələr Ukrayna ətrafında vəziyyətin necə bitib-bitməyəcəyindən kifayət qədər asılı olacaq. Düşünmürəm ki, Bayden administrasiyası Cənubi Qafqaza böyük diqqət ayırıb. Mən ümumilikdə düşünürəm ki, Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti azalır. İndi biz bəzi Qərb təşkilatlarının atdığı addımların Gürcüstanın Rusiya ilə münasibətlərində necə mövqe tutması ilə birbaşa əlaqəli olduğunu görürük. Bu, kifayət qədər universaldır və o, Cənubi Qafqazın deyil, əlbəttə ki, Qərbin və xüsusilə Amerikanın diqqət mərkəzindədir. Təbii ki, burada heç kim müharibə istəmir. Yəni diqqətin artdığını, bunun müəyyən müstəqil əhəmiyyət kəsb edəcəyini söyləmək mənim üçün çətindir.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri