Aleksandr Lukaşenko Azərbaycan Prezidentinə başsağlığı verdi
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, başsağlığında deyilir:
"Əziz İlham Heydər oğlu. "AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.
Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.
Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















