Icma.az
close
up
RU
Aleksandr Lukaşenko: Yeni Oreşnikdəki bütün işəsalma qurğusu Belarusa məxsusdur

Aleksandr Lukaşenko: Yeni Oreşnikdəki bütün işəsalma qurğusu Belarusa məxsusdur

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Yeni "Oreşnik" raket sistemində raket istisna olmaqla, bütün işəsalma qurğusu Belarusda istehsal olunur".

Oxu.Az-ın BELTA-ya istinadən xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb.

Lukaşenko Belarusda "Oreşnik" istehsalının yüksək səviyyədə lokalizasiyasını vurğulayıb.

"Oreşnik"də bütün işəsalma qurğusu Belarusundur. Raketdən başqa. Lokalizasiya ən yüksək səviyyədədir. Mən ona (Rusiya Prezidenti Vladimir Putinə - red.) dedim: "Biz raket məsələsini qaldırmırıq. Lazım gələrsə, birlikdə edəcəyik, bu baxımdan kifayət qədər səriştəmiz var, atom elektrik stansiyasında olduğu kimi, kömək edəcəyik. İşəsalma qurğusunu isə biz istehsal edəcəyik - Minsk Təkərli Traktor Zavodu istehsal edir. Və daha ciddi işlər görür. Ona görə də gəlin, birlikdə hərəkət edək", - deyə Belarus lideri bildirib.

Lukaşenko hesab edir ki, "Oreşnik"in yerləşdirilməsi potensial rəqiblərə çəkindirici təsir göstərəcək.

"Əgər bizim adi belə güclü silahımız olarsa, polyaklar Koreyadan ABŞ-yə qədər aldıqları tanklarla və bəzi digər piyada döyüş maşınları, raketlərlə üzərimizə gəlməzdən əvvəl dərindən düşünəcəklər", - deyə o bildirib.

Həmçinin, Lukaşenko vurğulayıb ki, təcavüzə cavab ciddi olacaq, çünki "Oreşnik"ə qarşı "zərdab" yoxdur, onun qarşısını almaq və ya vurmaq mümkün deyil.

Lukaşenko onu da qeyd edib ki, "Oreşnik" üçün hədəfləri Belarus özü müəyyən edəcək, amma "düyməyə basmaq" lazım gələrsə, ölkə bunu Rusiya ilə birlikdə edəcək.

"Hədəfləri Belarusda biz müəyyənləşdirəcəyik, rusiyalılar deyil. Amma istifadəsində kömək edəcəklər. Yəni Allah eləməsin, lazım gələrsə, düyməyə birlikdə basacağıq", - deyə o bildirib.

Qeyd edək ki, Belarusda artıq yeni raket sisteminin mümkün yerləşdirilməsi üçün 30-a yaxın ərazi müəyyən edilib ki, onlardan hədəflərə qədər olan məsafə minimal olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri