Bu səfirliyin açılması münasibətlərimizdə yeni mərhələdir nazir
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıdakı səfirliyinin açılmasını iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ adlandırıb.
SİA Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, C.Bayramov səfirliyin rəsmi açılışı münasibətilə keçirilən qəbulda çıxış edib.
Nazir Azərbaycan və Estoniya arasındakı qədim tarixi əlaqələri xatırladıb və Bakı ilə Tallin arasındakı siyasi dialoqun hər iki ölkənin maraqlarına cavab verən konkret nəticələr verməsinin vacibliyini vurğulayıb.
C.Bayramovun sözlərinə görə, Azərbaycan və Estoniya ticarət və investisiyalar, nəqliyyat və logistika, energetika, təhsil və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirə, eləcə də humanitar mübadilələri fəallaşdıra bilərlər.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















