Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Aleksandra Dobre: Bakı qlobal əməkdaşlıq və iqlim məsələlərində önəmli mərkəzə çevrilir AZƏRTAC

Aleksandra Dobre: Bakı qlobal əməkdaşlıq və iqlim məsələlərində önəmli mərkəzə çevrilir AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Buxarest, 14 noyabr, AZƏRTAC

COP29 konfransından əsas gözləntilər ölkələrin iqlimlə bağlı öhdəliklərinin artırılmasıdır. Əsas məqsəd ölkələrin istixana qazlarının azaldılması ilə bağlı hədəflərini daha ciddi şəkildə yerinə yetirmələri və Paris Sazişinin temperatur limitinə uyğunlaşdırmalarıdır. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə dəstək verilməlidir. Həmçinin bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi və fosil yanacaqlardan tədricən imtina edilməsi əsas məqsədlər sırasındadır.

Bu fikirləri Rumıniya Ailə, Gənclər və Şansların Bərabərliyi Nazirliyinin Ailə və demoqrafiya siyasəti üzrə departamentinin baş direktoru Aleksandra Dobre AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Aleksandra Dobre COP29 konfransında noyabrın 18-dən etibarən iştirak edəcək.

Müsahibimiz regionda enerji təhlükəsizliyi və gələcəkdə yaşıl siyasətə dair vacib məsələlərə toxunub. O, COP 29-da təkcə qlobal iqlim siyasəti haqqında deyil, həmçinin gənclər və demoqrafik siyasət baxımından uzunmüddətli davamlı inkişafın təmin olunmasından bəhs edib.

Rumıniya Ailə, Gənclər və Şansların Bərabərliyi Nazirliyinin departament rəhbəri iki ölkə arasında enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığın da Avropanın gələcək enerji strategiyaları üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu məsələlərin, gələcəkdəki ekoloji və iqtisadi irəliləyişlərə böyük təsir göstərəcəyini diqqətə çatdırıb.

Aleksandra Dobre Rumıniya və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiklərini qeyd edib: “Azərbaycan Avropa üçün vacib qaz və neft təchizatçısıdır, Rumıniya isə Cənub-Şərqi Avropada strateji mövqeyə sahibdir. Bu əməkdaşlıq Avropanın enerji mənbələrini diversifikasiya edərək digər regionlardan asılılığı azaldır və Avropa İttifaqının enerji dayanıqlılığını artırır”.

Müsahibimiz diqqətə çatdırıb ki, iki ölkənin birgə fəaliyyət göstərdiyi “Cənubi Qaz Dəhlizi” layihəsi Avropaya Xəzər regionundan qaz nəqlini təmin edərək enerji təhlükəsizliyinin uzunmüddətli davamlılığını dəstəkləyir.

Baş direktor qeyd edib ki, COP29 konfransında iştirak edəcəyi panellərdə gənclər, uşaqlar və demoqrafik siyasətlər barədə ciddi müzakirələr olacaq: “Gənc nəsil uzunmüddətli təsirlərə qarşı ən həssas qrupdur. Bu baxımdan onların sağlamlığı, təhsili və rifahı üçün qorunma tədbirlərinin müzakirə edilməsi vacibdir. Eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin fəal iştirakı prioritet məsələlərdən biridir. Bununla yanaşı, yaşıl təhsil və gənclərin ekoloji həssaslıqlarını artırmaq üçün məktəblərdə təhsil proqramlarının genişləndirilməsi vacibdir”.

Aleksandra Dobre bildirib ki, ən böyük məqsəd karbon tullantılarının az olduğu neytral bir iqtisadiyyat qurmaqdır. Onun sözlərinə görə, karbon emissiyalarını azaltmaq, bərpaolunan enerjiyə keçid və ekosistemlərin qorunması kimi sahələr əsas diqqət mərkəzində olacaq. Eyni zamanda, yaşıl innovasiyalara sərmayə qoymaq prioritet olacaq.

Baş direktor Bakı şəhərinin böyük beynəlxalq tədbirləri təşkil etmək üçün yüksək hazırlıq səviyyəsində olduğunu vurğulayıb: “Bakı müasir infrastruktur və yüksəkkeyfiyyətli xidmətlər təklif edir. Bu şəhər beynəlxalq tədbirlərin keçirilməsi üçün ən uyğun yerdir, təhlükəsizlik və nəqliyyat məsələlərində yüksək standartlara malikdir. Bakı COP29 kimi böyük tədbirlərin keçirilməsi ilə qlobal əməkdaşlıq və iqlim məsələlərində önəmli bir mərkəzə çevrilir”.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri