Icma.az
close
up
RU
WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir".

Bu sözləri APA-ya açıqlamasında memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

O bildirib ki, WUF (World Urban Forum) BMT-nin şəhər inkişafı üzrə əsas qlobal platformalarından biridir: “Bu platforma şəhərsalma siyasətlərinin formalaşdığı mühitdir və burada müzakirə olunan yanaşmalar xüsusilə dayanıqlılıq, iqlim adaptasiyası və inklüziv urban inkişafı milli səviyyədə normativ və institusional çərçivələrin yenilənməsinə birbaşa təsir göstərir. Bu forum yalnız ideya mübadiləsi deyil, eyni zamanda qlobal urban siyasətlərin istiqamətini müəyyən edən konsensus mexanizmidir. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın bu qlobal diskursda iştirak səviyyəsinin yüksəldiyini və ölkənin regional urban inkişaf mərkəzi kimi mövqeləndiyini göstərir. Bu, xüsusilə sürətli urbanizasiya, infrastruktur transformasiyası və post-münaqişə ərazilərində yeni şəhər modellərinin qurulması kontekstində əhəmiyyətlidir.

Memarlığın sistem yönümlü rolu və şəhərsalma siyasətlərinə təsiri

Memarlıq artıq obyekt yönümlü fəaliyyət deyil, sistem yönümlü müdaxilə alətidir. Müasir dövrdə memar şəhərsalma siyasətlərində məkanın təşkilindən əlavə, sosial davranış modellərinin formalaşdırılması, resurs effektivliyi və karbon izinin optimallaşdırılması kimi kritik parametrlərə təsir edən faktor kimi çıxış edir.

WUF13 formu çərçivəsində dayanıqlı planlama, resurs effektivliyi, iqlimə davamlı şəhər sistemləri və inklüziv inkişaf modelləri müzakirə ediləcək. Bakının ev sahibliyi burada yalnız təşkilati rol deyil. Bu, şəhərin özünü qlobal urban laboratoriya kimi təqdim etməsi və lokal təcrübəni beynəlxalq praktikalarla sintez etməsi üçün platformadır".

WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir

Memar qeyd edib ki, WUF13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma və şəhərsalma prosesinə ciddi strateji dəyər qatır: "Bu bölgələr “sıfırdan qurulan şəhərlər” kimi müasir urban prinsiplərin tətbiqi üçün unikal imkan yaradır. Forum vasitəsilə smart şəhər modelləri, enerji effektiv həllər və dayanıqlı planlama yanaşmaları bu ərazilərdə daha sistemli şəkildə tətbiq oluna bilər.

Eyni zamanda, WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir. Bu, planlama prosesində səhvlərin minimuma endirilməsi, daha çevik idarəetmə və effektiv resurs istifadəsi deməkdir. Paralel olaraq, forum yeni investisiya imkanları yaradır və dövlət-özəl tərəfdaşlıqların genişlənməsinə təkan verir. Nəticə etibarilə, WUF13 ölkə üçün həm reputasiya kapitalı, həm də uzunmüddətli urban strategiyaların yenilənməsi baxımından kritik mərhələdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Aprel 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri