Alen Simonyan:Mağazalarımızda Azərbaycan məhsulları, Bakıda və digər şəhərlərdə də Ermənistan məhsulları olacaq
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla bağlı maraqlı fikirlər səsləndirib.
Gununsesi.info bildirir ki, erməni spiker tezliklə kommunikasiya xətlərinin açılacağını deyib:
“Mağazalarımızda Azərbaycan məhsulları olacaq. Ermənilərin əksəriyyəti azərbaycanlı sərhədçinin üzünü görmək istəmir və bu, pisdir, çünki biz qonşuyuq. Zamanla bu da aradan qalxacaq.
Eyni ermənilər və azərbaycanlılar Moskvada birlikdə biznes qururlar, dostluq edirlər, bir-birlərinin ad gününə gedirlər.
Həssaslıq hər iki tərəfdə mövcuddur, lakin ən prioritet və vacib məsələ kommunikasiyaların mümkün qədər tez açılmasıdır.
Sülh sazişindən cəmi beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları ticarət aparmağa, müxtəlif formalarda ünsiyyət qurmağa başlayacaqlar. Bu, qaçılmazdır. Ermənilər və azərbaycanlılar bir-birilə ticarət edəcəklər, bizim vahid erməni-azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları, Bakıda və digər şəhərlərdə isə erməni məhsulları olacaq. Bu, qaçılmazdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















