“Alfa kişi” müsəlman ölkəyə elçi göndərildi Əhali ayağa qalxdı
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Malayziyaya səfir təyin etmək istədiyi Nik Adams ölkədə kütləvi etirazlara səbəb olub. İslam əleyhinə açıqlamaları ilə tanınan Adamsın səfirlik namizədliyi, Malayziyanın paytaxtı Kuala Lumpurda onlarla insanın ABŞ səfirliyi qarşısında aksiya keçirməsinə səbəb olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar namizədliyin geri götürülməsini tələb ediblər. “Alfa kişi” kimi təqdim olunan və Avstraliya əsilli olan Adamsın, xüsusilə İsrailin Qəzzadakı hərbi əməliyyatlarına dəstəyi də ölkə ictimaiyyətində narazılıq yaradıb.
Malayziya Baş naziri Ənvər İbrahim məsələ ilə bağlı açıqlamasında prosesin ilkin mərhələdə olduğunu bildirib. O, hökumətin məsələni ciddi şəkildə qiymətləndirəcəyini və ABŞ ilə münasibətləri qorumağa çalışacaqlarını qeyd edib.
Etiraz aksiyalarına rəhbərlik edən hakim koalisiyanın gənclər qanadının nümayəndələri ABŞ səfirliyinə təqdim etdikləri məktubda Adamsın cəmiyyətdə parçalanmaya səbəb ola biləcək açıqlamalarına diqqət çəkərək, onun namizədliyinin yenidən nəzərdən keçirilməsini tələb ediblər.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















