“Alfa” yenidən işə salındı
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Yanvarın 18-də axşam saatlarından başlayaraq "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platforması yenidən işə salınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya “BP-Azerbaijan”-dan bildirilib.
Bundan əvvəl, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib.
Qeyd edilib ki, hazırda "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir: “Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik”.
Xatırladaq ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində texniki məsələlərlə əlaqədar Azərbaycandan Serbiya və Bolqarıstana qaz təchizatında problem yaranmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















