Icma.az
close
up
RU
“Alfa”çılar Teleradionu niyə susdurmuşdular?

“Alfa”çılar Teleradionu niyə susdurmuşdular?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qanlı 20 Yanvar hadisələrində cinayət zəncirinin ilk halqası “Alfa” təxribat qrupunun Azərbaycan Dövlət Televiziyasının enerji blokunu partlatması olub. Beləliklə də, insan hüquqlarına kobud təcavüz sayılan bu əməlin nəticəsi olaraq respublika ictimaiyyəti operativ informasiyadan məhrum olub və vətəndaşlar baş verən hadisələri vaxtında öyrənə bilməyiblər. 

Həmin dövrdə televiziyanın baş rejissoru olan Xalq artisti Vasif Babayev hadisənin   canlı şahidlərindən və zərərçəkmişlərindəndir. Onun dedikləri:

– Ölkədə baş verən mürəkkəb siyasi-ictimai proseslər dövlətin əsas və yeganə televiziya kanalından daha aydın görünürdü. Həmin gün azadlıq mücahidləri elan etmişdilər ki, axşam “Xəbərlər”ində izdihamlı mitinqdən reportaj və hərbi təcavüz barədə mühüm məlumatlar veriləcək. Ona görə də Moskvadan gəlmiş Y.Primakov, A.Girenko və V.Mixaylovun göstərişi ilə axşamüstü təcavüzkar sovet ordusu hərbçilərinin ilk işi Azərbaycan xalqını informasiyasız və insanları baş verəcək hadisələrdən bixəbər qoymaq üçün respublikada yeganə televiziyanın enerji blokunu partlatmaq oldu. Onların qəsdi bu idi ki, 20 Yanvar qətliamının təfərrüatları dünya ictimaiyyətindən gizlədilsin, bu məkrli missiya qüsursuz yerinə yetirilsin və təqsir günahsız televiziya işçilərinin üzərinə yıxılsın.      

Xalq artisti deyir ki, həmin vaxt işçilərin çoxu getmişdi. Odur ki, jurnalistlər Telman Qafarov və Alı Mustafayev işə çağrıldılar ki, birgə “Xəbərlər” proqramını efirə hazırlasınlar. Jurnalist Rafiq Ağayev “Reuters” informasiya agentliyi ilə telefonla danışırdı. Axşam proqramının əsas xəbərlərinin montajı artıq son mərhələdə idi. Saat 20:00-da efirə gedəcək “Xəbərlər”in başlamasına yarım saatdan bir az çox vaxt qalırdı. Əsas video-məlumatlar, təbii ki, xalqın müstəqillik hayqırtıları ilə keçirdiyi azadlıq mitinqlərə həsr olunmuşdu. Amma bir anda dəhşətli partlayış baş verdi. Binaları qatı tüstü bürüdü. Sən demə, həmin anlarda enerji blokunda cinayətin şahidi olan mühəndislər Viktor Romanov və İbrahim Hüseynov da tutularaq harasa aparılıbmış. İşıqlar sönmüş, hər tərəf zülmətə qərq olmuşdu. 

Beləliklə, enerji bloklarına yerləşdirilən bombalar oranı tamamilə darmadağın edib. Televiziyanın yayımı isə anındaca  kəsilib. Həmin vaxt orada bloklara nəzarət edən iki mühəndis ub. Onlar silahlılar tərəfindən tutularaq aparılıb. Elə bu səbəbdən də hadisədən televiziyada olan işçilər xəbərsiz qalıblar.

Bu sətirlərin müəllifi də o zaman AzTV-də çalışırdı. Artıq bir neçə ay idi ki, Teleradio Verilişləri Komitəsini hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbçilər, adətən, kollegiya zalında dislokasiya olunurdular. Hadisə baş verən gün isə onları “Alfa” qrupunun hərbçiləri əvəz etmişdilər. Onlar da izi itirmək üçün aradan çıxmağa başlamışdılar. 

Vasif Babayev deyir ki, yanvarın 19-dan 20-nə keçən gecə Sovet işğalçı ordusu Bakı şəhərini gülləbarana tutdu. 

– Gecə saat 1-ə işləmiş idarədən çıxıb evə gəldim. Səhəri diri gözlü açdım, sübh tezdən işə hazırlaşarkən, evimə naməlum şəxs zəng edib dedi ki, iki işçiniz – Romanov və Hüseynov milis idarəsindədirlər, onları buraxmırlar. Sonra: “Yubansanız, partlayışı sizin boynunuza yıxacaqlar” – dedi. Evdən işə gedərkən həyatımın ən ağır, ən çətin, ən dözülməz anlarını yaşadım. Böyükdən balacaya hər kəs ağlayır, qadınlar saçlarını yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər, ağaclar...  Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları orada idilər.

Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tarıverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalarına, morqlara, idarələrə, faciə baş verən yerlərə çəkilişə göndərdik. O günlər AzTV-nin bəzi operatorlarının, o cümlədən, Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bunyadov və Zahid Bağırovun işlərini xüsusi ilə qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də bütün dünya ekranlarında göstərilir, sovet kommunist rejiminin siyasətini və qəddarlığını bir daha ifşa etdirirlər.

–  Tutulub aparılan enerji mühəndisləri də həmin gün buraxıldı...  

– Bəli. Televiziya jurnalisti rəhmətlik Cavanşir Cahangirov, operator Ələkbər Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli Əliyev, DTK-nın maşınında milis idarəsindən Romanovu və Hüseynovu televiziyaya gətirdik. Cavanşir dərhal partlayışa məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə aldı. İbrahimlə Viktor təsadüfən sağ qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki, onları partlayışdan sonra məhv etməliydilər. Amma nəsə alınmayıb. Mühəndislərin müsahibələrindən və istintaqa verdikləri ifadələrdən bütün qaranlıq suallara cavab tapıldı... 

Sonrakı günlər televiziya işçilərinə yayıma başlamaq, amma tətbiq olunan fövqəladə rejimə ciddi surətdə əməl etməklə, təcavüzkarların maraqlarına xidmət edən xəbərlər yayımlanmaq tapşırıldı. Senzura son dərəcə gücləndirildi. Yanvarın 26-da isə “cızığından çıxanlar” – Vasif Babayev və daha 3 teleradio işçisi də daxil olmaqla, ümumilikdə 46 azərbaycanlı həbs edilərək, Rusiyaya aparıldı. Yalnız ertəsi gün, yanvarın 27-də Azərbaycan televiziyası sərt şərtlər daxilində yayıma başladı.

Xatırladaq ki, Vasiv Babayevgil – 46 nəfər tutularaq döyülə-döyülə təyyarə ilə Krasnodara, oradan isə qatarla Ulyanovsk şəhərinə aparılıblar. İşgəncələr verərək, dişlərini də sındırıblar. Həbs müddəti 1 ay çəkib. O çətin və əzablı günlərdə Ulyanovskda yaşayan azərbaycanlılar onlara hər cür köməklik göstəriblər. 

Beləcə, televiziyanın enerji blokunu partlatmaqla Azərbaycanı informasiya blokadasına almaq əməliyyatı da xalqımızın iradəsini qıra bilməyib.   

Ə.DOSTƏLİ 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri