Ali Attestasiya Komissiyası Dilçilik İnstitutunun elmi tədqiqat fəaliyyətini qiymətləndirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, komissiyanın aparat rəhbəri Gülarə Tağızadə, Filologiya və pedaqogika üzrə ekspert şurasının sədri professor Mahirə Hüseynova və digər əməkdaşlar AMEA Nəsimi adına Dilçilik İnstitutunda akkreditasiya yoxlamasında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Yoxlama zamanı institutun elmi-tədqiqat fəaliyyəti, kadr potensialı, elmi əsərlərin nəşr prosesi, beynəlxalq əməkdaşlıqlar və maddi-texniki baza yerində araşdırılıb, müvafiq sənədlər təqdim edilib və suallar cavablandırılıb.
İnstitutun direktoru professor Nadir Məmmədli son illərdə əldə olunmuş nailiyyətlər haqqında danışıb, xüsusilə Mahmud Kaşğarinin 86 ildən sonra tapılan “Divanü-lüğat-it türk” əsəri barədə məlumat verib, bu tapıntının dünya türkologiyası və türkoloji dilçilik elminə böyük töhfə olduğunu vurğulayıb.
Komissiya üzvləri institutun kitabxanası, eləcə də Dialektologiya, Tətbiqi dilçilik və digər şöbələrdə aparılan tədqiqatlarla, sənədləşmə işi ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















