Icma.az
close
up
RU
Ali Baş Komandanın zəfər manifesti ŞƏRH

Ali Baş Komandanın zəfər manifesti ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın yaxın tarixi, sadəcə təqvimlərdəki rəqəmlərdən ibarət deyil. Bu tarix hər bir azərbaycanlının qan yaddaşına həkk olunmuş, itkilərlə yoğrulmuş, lakin sınmayan bir iradənin hekayəsidir. 20-ci əsrin sonlarında müstəqilliyə gedən yolumuz heç də hamar olmadı. Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalı ilə başlayan Birinci Qarabağ müharibəsi Azərbaycan üçün ən ağır sınaqlardan birinə çevrildi. Bir milyondan çox insanın qaçqın və köçkün düşməsi, ailələrin parçalanması, yurd-yuvalarımızın talan edilməsi bir xalqın taleyinə yazılan ən ağır ağrılardan biri idi. Bu faciələrin ən dözülməz zirvəsi isə 1992-ci ilin 26 fevralında Xocalıda yaşandı.

Otuz ilə yaxın davam edən bu ağır sınaq dövrü Azərbaycanın həm hərbi, həm də mənəvi gücünü toplamaq üçün bir hazırlıq mərhələsi oldu. Biz o acıları unutmadıq, amma onlara təslim də olmadıq. O ağrılı günlərin qisası döyüş meydanında alındı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi ədaləti bərqərar etdi. Keçmişin bu acı səhifələri indi bizim üçün həm də zəfərimizin dəyərini xatırladan bir qürur aynasıdır.

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki nitqi, Azərbaycan dövlətinin həm öz keçmişinə sadiqliyini, həm də gələcəyə baxışını tam çılpaqlığı ilə ortaya qoydu. Dövlət başçısı öz çıxışında xüsusi olaraq bildirdi ki, Xocalı faciəsini törədənlər, dinc əhaliyə qarşı qəddarlıq nümayiş etdirənlər artıq layiq olduqları cəzanı alırlar. O, vurğuladı ki, vaxtilə Ermənistanda ən yüksək kürsülərdə oturan, Xocalı qatili olmaqla öyünən şəxslər bu gün Azərbaycan ədaləti qarşısında cavab verirlər. Bu, sadəcə hüquqi bir proses deyil, həm də illərdir ədalət gözləyən Xocalı sakinlərinin və bütöv bir xalqın mənəvi qələbəsidir. Prezidentin bu mesajı həm də beynəlxalq birliyə bir xatırlatma idi: Azərbaycan öz vətəndaşlarına qarşı törədilən heç bir cinayəti unutmur və gec-tez ədaləti bərqərar edir.

Dövlət başçısı çıxışında ordumuzun qəhrəmanlığını ön plana çəkərək qeyd etdi ki, biz Xocalı qurbanlarının qisasını mülki insanlardan deyil, döyüş meydanında düşmən ordusundan aldıq. Bu, Azərbaycan dövlətinin ali humanist prinsiplərə sadiqliyinin və ordumuzun yüksək peşəkarlığının göstəricisidir. Memorialın açılışı həm də rəmzi bir qayıdışın təsdiqidir; Prezident bildirdi ki, bu gün Xocalı artıq azaddır, dirçəlir və öz doğma sakinlərini qəbul edir. "Biz buraya qalib xalq kimi qayıtmışıq" ifadəsi isə bütün çıxışın ana xəttini təşkil edirdi. Memorialın varlığı gələcək nəsillər üçün bir and yeridir ki, xalqımız bir daha heç vaxt belə faciələrin yaşanmasına icazə verməyəcək və hər zaman öz güclü dövləti, sarsılmaz ordusu ilə qürur duyacaqdır.

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri