Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Ali Baş Komandanın dünyanı heyran qoyan Zəfər strategiyası

Ali Baş Komandanın dünyanı heyran qoyan Zəfər strategiyası

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

8 Noyabr – Zəfər Günündən 6 il ötür. Azərbaycan xalqının tarixində mühüm yer tutan bu gün 30 ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyünün bərpası və milli birliyin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlara başladı. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri kimi tarixə düşdü. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaq öhdəliyi götürdü.

Bu tarixi Qələbənin əhəmiyyətini anlamaq üçün münaqişənin başlanğıcına və Azərbaycanın üzləşdiyi işğal siyasətinə nəzər salmaq vacibdir. 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Qarabağda münaqişə alovlandı. 1990-cı illərin əvvəllərində Azərbaycanın əraziləri işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irsə ciddi ziyan vuruldu. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etmişdi. Lakin uzun illər bu sənədlərin icrası təmin olunmadı. Nəticədə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar konkret nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etmək məcburiyyətində qaldı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qısa müddətdə mühüm hərbi uğurlar əldə etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, eləcə də yüzlərlə kənd, qəsəbə və strateji yüksəklik işğaldan azad edildi. Xüsusilə noyabrın 8-də Şuşanın azad olunması Azərbaycan xalqının tarixi və mənəvi yaddaşında müstəsna yer tutdu. 28 illik işğala son qoyulan şəhərin azad edilməsi həm hərbi, həm də siyasi baxımdan müharibənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusunun əldə etdiyi qələbələr nəticəsində Ermənistan kapitulyasiya xarakterli üçtərəfli Bəyanatı imzalamağa razılaşdı.

Bununla yanaşı, 44 günlük müharibə yalnız cəbhədə baş verən hərbi əməliyyatlardan ibarət deyildi. Müharibə dövründə Azərbaycanın mülki əhalisinin və yaşayış məntəqələrinin atəşə tutulması, Gəncə, Bərdə, Tərtər və digər ərazilərdə dinc sakinlərin həyatını itirməsi, mülki infrastruktura ziyan dəyməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan əsas məsələlərdən oldu. Ermənistanın işğal dövründə və müharibə zamanı törətdiyi iddia edilən beynəlxalq humanitar hüquq pozuntularının, mülki şəxslərə qarşı hücumların, tarixi-dini abidələrin dağıdılmasının və digər cinayətlərin sənədləşdirilməsi bu gün də mühüm əhəmiyyət daşıyır. Bu faktların foto, video, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla beynəlxalq təşkilatlara təqdim edilməsi tarixi həqiqətlərin qorunması baxımından vacibdir.

Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri də 44 günlük müharibənin səbəblərinin, gedişinin və nəticələrinin dünya ictimaiyyətinə obyektiv faktlar əsasında çatdırılmasıdır. Çünki uzun illər ərzində Ermənistanın işğal siyasəti ilə bağlı həqiqətlərin beynəlxalq müstəvidə təhrif olunmasına, hadisələrin fərqli təqdim edilməsinə cəhdlər göstərilib. Bu baxımdan Azərbaycanın diplomatik nümayəndəliklərinin, beynəlxalq təşkilatlardakı təmsilçilərinin, media qurumlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Xarici mediada Azərbaycan həqiqətlərinin işıqlandırılması, beynəlxalq ekspertlərlə əməkdaşlığın genişləndirilməsi, elmi araşdırmaların və sənədli materialların müxtəlif dillərdə nəşri bu istiqamətdə görülməli işlər sırasındadır.

Zəfərdən sonrakı dövrdə Azərbaycanın qarşısında duran vəzifələr yalnız tarixi Qələbənin qeyd olunması ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkənin postmünaqişə dövründəki əsas prioritetlərindəndir. Eyni zamanda, azad edilmiş ərazilərdə mina təhlükəsi, dağıdılmış yaşayış məntəqələri, tarixi və dini abidələrin vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı məsələlər olaraq qalır.

8 Noyabr yalnız hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycanın uzun illər davam edən mübarizəsinin, dövlət suverenliyinin və milli iradəsinin ifadəsidir. Altı il sonra bu tarixi hadisənin beynəlxalq miqyasda düzgün təqdim olunması, Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktların hüquqi müstəvidə araşdırılması və gələcək nəsillərə çatdırılması aktuallığını qoruyur.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycanın beynəlxalq mövqeyinə və regional nüfuzuna təsirindən Bakıvaxtı.az-a danışan deputat Zahid Oruc bildirib ki, 19990-cı illərdən sonra, xüsusilə də müstəqil dövlət kimi formalaşdığımız dövrdə regionda etnik, milli və xalqlararası toqquşmaların, düşmənçiliklərin gücləndirilməsi, xüsusilə də imperiyaların nüfuz etməsi nəticəsində hər hansı bir milli dövlətin müstəqil xarici siyasət aparması, regional faktora çevrilməsi, ciddi siyasi status qazanması, xüsusilə də iqtisadi həyatı ilə bağlı suveren qərarlar qəbul etməsi mümkün olmamışdı:

Zahid Oruc: Bu, Ali Baş Komandanın ən mühüm strategiyası idi

“Təəssüflər olsun ki, biz Sovet İttifaqı kimi bir imperiyadan qopduqdan sonra azadlığın ən ağır nəticələrini ödəyən xalqlar sırasında olduq. Söhbət ərazilərin itirilməsindən gedirdi. Eyni zamanda, əhalinin yeddidə biri məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarını, yurdlarını, evlərini itirən insanlar bir tərəfdən iqtisadi dəyişikliklərin, yeni formasiyanın gətirdiyi çağırışlarla üzləşirdilər. Digər tərəfdən isə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yeni nəslin formalaşması ilə paralel sosial infrastrukturun qurulması, məktəb, təhsil, iş yerləri və digər humanitar tələblər dövlətimizin qarşısında ciddi vəzifələr qoyurdu.

Bu məqamı ona görə vurğulayıram ki, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə yüzilliklər ərzində üzləşdiyimiz, bizi iqtisadi cəhətdən zəif salan, başqa dövlətlərin təsir dairəsinə düşməyimizə və bizim üzərimizdə avtonom qaydada qərarlar qəbul edilməsinə səbəb olan maneələri aradan qaldırmaq, həmin amilləri zərərsizləşdirmək niyyətimizi reallaşdırdıq. Nəticədə Ermənistanla təkbətək üz-üzə qalmaq vəziyyəti yarandı. Düşünürəm ki, bu, Ali Baş Komandanın ən mühüm strategiyası idi.

Çünki düşmən tərəfinə dəstək verən, daim onun himayəsi altında bölgədəki prosesləri idarə edən dairələr ilk dəfə neytral mövqedə qalmalı oldular. Məhz buna görə də biz müharibədə qalib gəldik.

Artıq qələbəmizdən altı il keçməsinə baxmayaraq, haqqımız olan o böyük zəfər sevincini yaşadıqdan, yeni milli kimlik əldə etdikdən sonra indiki dövrdə daha rasional təhlillər apara bilirik. Bu qələbənin hansı amillər hesabına qazanıldığını və hazırda regionda bizə hansı üstünlüklər vəd etdiyini qiymətləndirə bilirik.

İlk növbədə deməliyik ki, xalqımızın tarixində xalqın güclü, dövlətin və ya rəhbərinin isə zəif olduğu çoxsaylı vəziyyətlər olub. Bəzən isə əksinə, birinci şəxsin strateji imkanları güclü olsa da, həmin dövrdə xalqı, ordunu və iqtisadiyyatı lazımi səviyyəyə çatdırmaq mümkün olmadığına görə müharibə qərarı verə bilməmişik.

Məsələn, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı xilas etməsindən sonrakı dövr məhz qeyd etdiyimiz xarakteristikaya uyğun gəlir. Ancaq tariximizdə ilk dəfə idi ki, güclü, monolit və həmrəy şəkildə səfərbər olunan xalqın, güclü ordunun və yenilməz rəhbərliyin yaratdığı bu üçlü qüdrətin hesabına müharibədə qalib gəldik.

Hesab edirəm ki, ikinci ən mühüm məsələ ən az itkilərlə, ən qısa müddətdə maksimum nəticənin əldə olunduğu bir qurtuluş savaşının aparılması idi.

Xüsusilə, indi müqayisə imkanımız var. İran ətrafında baş verən qlobal toqquşmalar, eləcə də üç ay sonra beşinci ilini tamamlayacaq Rusiya-Ukrayna müharibəsi fonunda görürük ki, hətta hər hansı tərəfin qələbəsi ilə nəticələnsə belə, bu qarşıdurmalar hansı itkilərin hesabına başa gəlir. Bu, mütləq nəzərə alınmalı olan mühüm məqamdır".

Dediyinə görə, üçüncü məqam müharibənin coğrafiyasının məhdud ərazilərlə çərçivələnməsi idi. Əsasən işğal altında olan ərazilərdə döyüşlər gedirdi. Yalnız Bərdə və Gəncə, müəyyən qədər də digər ərazilər düşmən tərəfindən zərbələrə məruz qaldı:

"Lakin Azərbaycanın verdiyi cavablar o qədər sərt və güclü oldu ki, düşmən özünün neft kəmərləri, hava limanları, logistika xətləri və qida sənayesi ilə bağlı obyektlərinin hədəfə alınmasının mümkünlüyünü gördü. Digər müharibələrdə də məhz bu cür hədəflər seçilir. Bizim müharibəmizdə isə döyüşlərin coğrafiyası məhdud çərçivədə qaldı".

Deputat qeyd edib ki, dördüncü məqam qlobal güclərin müharibəyə qoşula bilməməsi idi. Beynəlxalq miqyaslı müharibə baş vermədi. Ukrayna müharibəsində 50-dən artıq ölkənin birbaşa Ukrayna tərəfinə dəstək verdiyini görürük. Buna görə də sanki üçüncü dünya müharibəsi aparılırmış kimi vəziyyət yaranıb. Qlobal təchizat zəncirləri də bu səbəbdən ciddi zərbələr alır”.

Onun sözlərinə görə, Azərbaycan yeni kimlik qazandı. Təxminən 100 il əvvəl azərbaycanlılardan əsgər çıxmayacağına dair yanaşmalar mövcud idi. İmperiyalar bu düşüncəni daim bizim üzərimizə tətbiq edir, insanlarımız daha çox sovet dövründə inşaat batalyonlarına göndərilirdi. Ancaq indi bu millətin övladları, oğulları öz medallarını sinələrində daşıyırlar. Bu müharibənin və qələbəmizin mühüm nailiyyətləri hər bir dövrdə qiymətləndiriləcək:

“Ən başlıcası isə artıq doğma torpaqlarımıza qayıdış prosesi başlayıb. Bu, Böyük Qayıdışdır. Həmin proses yalnız infrastrukturun, evlərin və obyektlərin bərpası, oraya fiziki qayıdış demək deyil. Eyni zamanda, öz milli kimliyimizə, varlığımıza, tariximizə, sənədlərimizə və əcdadlarımıza qayıdış deməkdir.

Qələbəmizin qazandırdığı üstünlüklərə gəldikdə, ilk növbədə onu qeyd etməliyik ki, tariximizdə ilk dəfə Azərbaycan apardığı müharibənin yekununda sülh şərtlərini də özü diktə edə bilir. Daha doğrusu, 1805-ci ildə Kürəkçay müqaviləsinin İbrahim Xəlil xanın imzası ilə bağlanmasından sonra Gülüstan, Kürəkçay, Moskva və Qars müqavilələrinin hər biri ya Azərbaycanın taleyinin bölünməsini, ya da müharibələrin məğlubiyyətlə nəticələnməsini özündə əks etdirir.

İlk dəfədir ki, qələbəmiz Ağ Evdə, dünyanın ən güclü ölkəsində tanınıb. Donald Trampın hazırkı dövrdəki komandasının və partiyasının seçkilərdə məğlub olub-olmamasından asılı olmayaraq, Birləşmiş Ştatlarda idarəçilik varislik ənənələrinə malikdir. 8 avqust 2025-ci ildə üç tərəf arasında paraflanmış sənədlər öz qüvvəsini hər zaman saxlayır. Bu isə regionda yeni təhlükəsizlik arxitekturasının qurulmasına imkan verir”.

Müsahibimiz qeyd edir ki, imperiyalar heç vaxt indiki qədər Azərbaycana təzyiq göstərə bilməyiblər. Ermənistan amili həmişə bizim milli dövlətçiliyimizi sındırmaq, məhdudlaşdırmaq və sarsıtmaq üçün istifadə olunub. İndi isə artıq həmin dairələr belə bir siyasi güc amilindən məhrum olublar. Hər dəfə Ermənistanın hansı addım atacağını, bunun bizim taleyimizə necə təsir edəcəyini müzakirə etmək məcburiyyətində qalmamalıyıq.

Erməni xofu, erməni sindromu, erməni məsələsi və onların böyük strateji planları – istər "Dənizdən-dənizə", istər "Böyük Ermənistan", istərsə də digər adlarla təqdim olunan layihələr – müxtəlif dövrlərdə gündəmə gətirilib:

“Hesab edirəm ki, ən başlıcası xalqımızı gücləndirmək, onun sosial rifahını təmin etmək, iqtisadi baxımdan daha əlverişli şərait yaratmaq və qələbəmizin hər bir Azərbaycan vətəndaşının həyatında real nəticəyə çevrilməsini təmin etməklə bu tarixi dövrün üstünlüklərindən yararlanmalıyıq”.

Zeynəb Rzayeva

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri