Icma.az
close
up
RU
Ali Məclisin buraxılması qaydası müəyyənləşdi

Ali Məclisin buraxılması qaydası müəyyənləşdi

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşib.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyul keçirilən plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Naxçıvan MR Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan MR Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Həmçinin növbədənkənar seçkilərdə seçilən Naxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Naxçıvan MR-in Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məlumat üçün bildirək ki, Konstitusiyanın 26-cı maddəsinin II-V hissələri aşağıdakılardır:

Naxçıvan MR Baş nazirinin, Naxçıvan MR Ali Məhkəməsinin və Naxçıvan MR Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan MR Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur;
Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər;
Naxçıvan MR Ali Məclisi deputatlarının Naxçıvan MR Baş nazirinin, Naxçıvan MR Ali Məhkəməsinin və Naxçıvan MR Prokurorluğunun Naxçıvan MR-in Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur;
Qanun və qərar layihəsini Naxçıvan MR Ali Məclisinin deputatları, Naxçıvan MR-in Baş naziri, Naxçıvan MR Ali Məhkəməsi və Naxçıvan MR-in Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
Bundan əlavə, 27-ci maddədə bildirilib ki, qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri