Yeganə yol gəncləri müasir peşə təhsili və rəqəmsal sahələrə yönəlməkdir” Təhsil eksperti
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu gün minlərlə ailə böyük fədakarlıqlarla, büdcəsini çətinliyə salaraq övladını universitetə hazırlayır. Amma acı reallıq budur ki, 4 illik nəzəri təhsildən sonra gənclər əmək bazarının tələblərinə cavab verə bilmirlər. Nəticədə rəfdə toz basan diplomlar və xidmət sahələrində işləmək məcburiyyətində qalan bir gənclik yetişir. Bu, gənclərin günahı deyil! Dövr dəyişir, artıq işəgötürənlərə quru diplom yox, real bacarıq, rəqəmsal savadlılıq və praktiki peşə vərdişləri lazımdır”.
Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert bildirib ki, gəncləri diplomlu işsiz olmaqdan xilas etməyin yeganə yolu dövlətimizin son illər önəm verdiyi müasir peşə təhsili və rəqəmsal sahələrə yönəlməkdir:
“Gələcəyimizi xəyallarla deyil, bazarın real tələbləri ilə qurmalıyıq”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Noyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















