Icma.az
close
up
RU
Ali Məhkəmə körpənin ölümünə səbəb olan həkimlə bağlı qərar verdi

Ali Məhkəmə körpənin ölümünə səbəb olan həkimlə bağlı qərar verdi

Icma.az, Lent az saytına istinadən bildirir.

Ali Məhkəməsinin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən Lent.az-a bildirilib ki, irəli sürülmüş ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.

Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan “Doğum tarixi” sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb.

Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib.

Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.

Ali Məhkəmə bildirib ki, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Lakin şəxsin vəzifəli şəxs statusuna malik olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət-hüquqi xarakterini itirməsi demək deyil.

Belə hallarda məhkəmə əməlin digər cinayət-hüquqi normalar baxımından qiymətləndirilməsinin mümkünlüyünü də araşdırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində də rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə saxtakarlığından fərqli olaraq, həmin maddənin tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs olmaması barədə nəticəyə gəlməklə kifayətlənməməli, ittihamda göstərilən hərəkətlərin obyektiv cəhətini araşdırmalı və əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi. 

Cinayət kollegiyası həmçinin səhlənkarlıqla bağlı əməlin Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə aydınlıq gətirib. Qeyd olunub ki, cinayət hüququnun ümumi qaydasına əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə məsuliyyət onun törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən edilir. Bununla belə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa şəkildə yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Lakin yeni cinayət-hüquqi normanın geriyə şamil edilməsi üçün şəxsin əməlinin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etməsi zəruri şərtdir.

Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlməsinə baxmayaraq, onun əməlini törədildiyi dövrdə qüvvədə olmayan Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edib. Ali Məhkəmə bildirib ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxs olduğundan, apellyasiya instansiyası məhkəməsinin eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirməsi hökmün əsaslandırılmasında ziddiyyət yaradıb.

Məhkəmə kollegiyasının mövqeyinə görə, şəxsin əməlində əvvəlki qanunla nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edilmədən sonradan qüvvəyə minmiş daha yüngül cinayət qanununun tətbiq edilməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil.

Göstərilənlər nəzərə alınaraq, Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yeni məhkəmə baxışına təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri