Icma.az
close
up
RU
Ali Məhkəmə: Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində bəzən səhvlərə yol verilir

Ali Məhkəmə: Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində bəzən səhvlərə yol verilir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ali Məhkəmə vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə ərazi aidiyyətini müəyyənləşdirib.

APA xəbər verir ki, bu barədə Ali Məhkəmənin məlumatında deyilir.

Məlumata görə, Ali Məhkəmənin icraatına olan işlərin təhlili nəticəsində məhkəmələrdə vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi hallarda prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verildiyi, eləcə də oxşar mübahisələrə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilib.

Bu səbəbdən də İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 8-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydalarına dair qanunvericiliyin tələblərinin vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə tətbiqinə dair aşağıdakıların nəzərə alınması məhkəmələrə tövsiyə edilib.

Bildirilib ki, qeyd edilən norma vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddiaların ərazi aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.

Buna görə, qaldırılmış iddia yalnız bir daşınmaz əmlakın satılmasına dair tələbi nəzərdə tutursa, o halda, işə ərazi aidiyyətinə görə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Siyahıya alınmış əmlaklar həm daşınar, həm də daşınmaz əmlaklardan ibarət olduqda, mübahisəyə müstəsna aidiyyət qaydası tətbiq olunmaqla işə yenə də daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

Vergi orqanı tərəfindən siyahıya alınmış və satılması tələb olunan bir neçə daşınmaz əmlak olduğu halda isə iddiaçının seçiminə uyğun olaraq həmin əmlaklardan hər hansı birinin yerləşdiyi yer üzrə iddia qaldırıla bilər.

Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see306

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see195

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see151

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see134

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see122

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri