Icma.az
close
up
RU
Ali məktəbdə deportasiya və soyqırımı dərsi

Ali məktəbdə deportasiya və soyqırımı dərsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində növbəti məclisi Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. 

Layihənin məqsəd və məramı barədə məlumat verən ictimai birliyin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, Azərbaycanın əsas hissəsindən ayrı salınmış Qərbi Azərbaycanda erməni millətçilərinin XX əsr boyunca törətdikləri davamlı repressiya, soyqırımı və deportasiya aktlarını əhatəli öyrənmək, çoxsaylı faciələrin qurbanlarını yad etmək, tarixi vətəndən kənarda böyümüş gənc nəsli ata-baba  yurduna qayıtmağa təşviq etmək üçün rəhbərlik etdiyi qurum müxtəlif layihələr gerçəkləşdirir. Sovet zamanında Bakıda təhsil almış Qərbi Azərbaycan ziyalılarının bir çoxu  Pedaqoji Universitetin yetirmələri olduğundan icma ilə bu ali məktəbi doğma əlaqələr birləşdirir. Bu gün də universitetdə Qərbi Azərbaycan əsilli xeyli insan çalışır və təhsil alır.

Pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova belə önəmli layihənin Pedaqoji Universitetdə keçirilməsinin gənclər üçün gərəkli olduğunu söyləyib, Qərbi Azərbaycana qayıdış hərəkatına göstərdiyi dəstək işində ictimai birliyə uğurlar arzulayıb. Əməkdar elm xadimi Fərrux Rüstəmov məclisdə iştirak edən  qazilərə kollektivin xüsusi ehtiramını ifadə edib, Qərbi Azərbaycanda törədilmiş deportasiya və soyqırımlarının dəhşətlərindən söz açıb.

Layihənin eksperti, tarixçi Baxşeyiş Ələmşahov Zəngəzur mahalında başına gətirilmiş müsibətlərlərdən, 37 illik yurd həsrədindən danışıb. Filologiya elmləri doktoru, professor İbrahim Bayramov, pedaqogika elmləri doktoru Vidadi Orucov, qazi Ələkbər Məmmədov təqdim edilən layihənin cəmiyyətdə diqqətlə izlənildiyini, qayıdış hərəkatına hamılıqla dəstək verməyin zəruriliyini vurğulayıblar. 

Görüşdə 16 yaşında Qərbi Azərbaycandan vəhşiliklə qovulmuş, sonra pedaqoji universitetin məzunu olmuş polkovnik Şaiq Məmmədovun Qarabağ savaşında keçdiyi şərəfli döyüş yolundan bəhs edən “Ölümü öldürənlər” filmi nümayiş olunub.

Sonda Tamxil Ziyəddinoğlu layihəyə göstərdiyi maliyyə yardımına görə Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və görüş üçün yaratdığı şərait üçün Pedaqoji Universitetin rəhbəliyinə razılığını bildirib. O, müəllifi olduğu “Güllə səsinə açılan qapı” kitabını və son 2 əsrdə erməni vandalizminin xalqımıza vurduğu maddi və mənəvi zərərləri əks etdirən bukletləri iştirakçılara təqdim edib. 

T.RÜSTƏMLİ 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri