Icma.az
close
up
RU
Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümumi orta təhsil müəssisələrində pedoqoji təhsili, hətta ümumiyyətlə ali təhsili olmayan şəxslərin də müəllim kimi fəaliyyət göstərməsinə rast gəlinir. Halbuki ölkədə ayrıca müəllimlik ixtisası üzrə hər il yüzlərlə məzun hazırlanır. Xüsusilə əsas fənlərin tədrisində belə halların mövcudluğu müəllimlərin işə qəbulu qaydaları, qanunvericiliyin tələbləri və tədrisin keyfiyyəti ilə bağlı suallar yaradır. 
Bəs ali təhsili olmayan şəxslər hansı hallarda məktəblərdə dərs deyə bilirlər? Bu, mövcud qaydalara uyğundurmu və şagirdlərin təhsilinə necə təsir göstərir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Ramin Nurəliyev bildirir ki, sözügedən müəllimlər əvvəlki illərdə müəyyən tanışlıq və qohumluq əlaqələri ilə işə qəbul edilən şəxslər idi: 
“Burada iki istiqamət var. Birinci istiqamət əvvəlki illərdə müxtəlif yollarla təhsili olmayan və ya pedaqoji ixtisas bitirməyən, kitabxanaçılıq, laboratoriya işi və digər ixtisaslar üzrə təhsil alan şəxslərin ümumi orta təhsil məktəblərində müəllim kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Bu şəxslərin bir qismi sertifikatlaşdırma imtahanından uğurla keçə bilmədiyi üçün əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verildi.
 

İkinci istiqamət isə Elm və Təhsil Nazirliyinin qanuni əsaslarla həyata keçirdiyi müəllimlərin işə qəbulu prosesidir. Bu zaman pedaqoji ixtisaslarla yanaşı, onlara yaxın olan bəzi qeyri-pedaqoji ixtisas məzunlarının da MİQ imtahanında iştirakına icazə verilir. Burada söhbət istənilən qeyri-pedaqoji ixtisasdan deyil, onlara yaxın sahələrdən gedir.


Məsələn, riyaziyyat müəllimliyi ixtisası ilə yanaşı tətbiqi riyaziyyat və riyaziyyat, informatika müəllimliyi ilə yanaşı kompüter mühəndisliyi və informasiya texnologiyaları, təsviri incəsənət müəllimliyi ilə yanaşı isə dizayn ixtisasının məzunları MİQ imtahanına buraxılırlar. Bu mexanizm hazırda da qüvvədədir və hər il Elm və Təhsil Nazirliyi həmin ixtisasların siyahısını yeniləyir”.
Ekspertin sözlərinə görə, burada əsas səbəb ehtiyacın qarşılanmasıdır:
“Təsviri incəsənət müəlliminə ehtiyac yaranarsa və bu ixtisas üzrə məzunlar çatışmazsa, Nazirlik həmin sahəyə yaxın qeyri-pedaqoji ixtisas məzunlarının MİQ-də iştirakına şərait yaradır. Eyni qayda fiziki tərbiyə müəllimliyi ilə məşqçilik kimi yaxın ixtisaslara da şamil olunur. Namizəd imtahandan uğurla keçdikdən sonra ümumi orta təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərə bilir”.
R.Nurəlievin fikrincə, ilk növbədə pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyətə cəlb olunması daha məqsədəuyğundur.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə filologiya, tarix müəllimliyi üzrə tarix, coğrafiya müəllimliyi üzrə coğrafiya, ingilis dili müəllimliyi üzrə isə ingilis filologiyası məzunlarının MİQ-də iştirak imkanlarının daha geniş tənzimlənməsi məqsədəuyğun olardı. Bu, sadəcə bir təklifdir. Nazirliyin hazırda tətbiq etdiyi kimi, yaxın qeyri-pedaqoji ixtisas məzunlarının da MİQ-də iştirak etməsi düzgün yanaşmadır. Çünki burada əsas şərt imtahandan yüksək nəticə göstərməsi və peşəkar hazırlığa malik olmasıdır. Müəllim sinifdə şagirdlərin suallarını dolğun cavablandıra, bilik və bacarıqlarını onlara düzgün şəkildə ötürə bilirsə, o zaman həmin şəxsin müəllim kimi fəaliyyət göstərməsində problem görmürəm”.
Ekspert vurğulayır ki, hazırda kifayət qədər pedaqoji ixtisas məzunu olmasına baxmayaraq keyfiyyətli müəllim namizədlərinin az olması əsas problemdir. O hesab edir ki, bunun səbəblərindən biri də bəzi pedaqoji ixtisaslara qəbul ballarının aşağı olmasıdır:
“250-300 balla pedaqoji ixtisasa qəbul olanlarla 500-550 balla qəbul olanları müqayisə etsək, yüksək balla qəbul olunanların müəllimlik fəaliyyətində daha uğurlu olma ehtimalı yüksəkdir. Buna görə də müəllimlərin işə qəbulu imtahanında namizədlərin yüksək nəticə göstərməsi vacibdir. Məsələn, Sinqapur təhsil modelində ən yüksək bal toplayan abituriyentlər pedaqoji ixtisaslara qəbul olunurlar. Bizdə isə bəzi pedaqoji ixtisaslarda keçid balları 250-300 bal civarındadır”. 
R.Nurəlievin mövqeyinə görə, gələcəkdə bu sahədə minimum keçid balının 400 və ya daha yüksək müəyyənləşdirilməsi müəllim hazırlığının keyfiyyətinə müsbət təsir göstərə bilər. 
Xədicə Paşayeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri