Icma.az
close
up
RU
Ali məktəbdə “bir günlük xəlifə”lik həyəcanı

Ali məktəbdə “bir günlük xəlifə”lik həyəcanı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Dillər Universitetində ənənə halını alan, lakin hər dəfə fərqli qarşılanan "Bir günlük xəlifə" layihəsi universitet həyatının axarını tamamilə dəyişir, təhsil mühitinə yeni nəfəs gətirir.

Akademik Kamal Abdullanın təşəbbüsü ilə 2017-ci ildə təməli qoyulan bu fərqli idarəetmə modeli tələbələrin vəzifə səlahiyyətlərini icra etməsinə və qərar qəbulu prosesində aktiv rol oynamasına şərait yaradır. Məqsəd gənclərdə dövlətçilik təfəkkürünü və idarəçilik məsuliyyətini formalaşdırmaqdır. Universitetin rektoru, prorektorlar və fakültə dekanları da daxil olmaqla, 32 rəhbər vəzifə bir gün ərzində tələbələrə etibar edilir.

Müvafiq rəhbər vəzifələri icra edən tələbələr universitetin "Kölgə kabineti"ni formalaşdırır və bu heyət növbəti "Xəlifə günü"nə qədər öz fəaliyyətini davam etdirir.Tədrisin keyfiyyətli və səmərəli keçirilməsi, daxili qayda-qanuna gənclər tərəfindən könüllü riayət edilməsi və müxtəlif sosial layihələrin təməlinin qoyulması prosesində gənclərin birbaşa icraçı və qərarverici sima kimi çıxış etmələrinə meydan verilir. Magistrantların da böyük maraqla qoşulduğu bu proses elmi biliklərlə təşkilatçılıq bacarığının vəhdətini yaradır. Beləliklə, bir günlük verilən səlahiyyət gənclərin çiyninə böyük məsuliyyət yükü qoyur, onlara həm rəhbər olmağın çətinliyini, həm də düzgün qərar verməyin qürurunu yaşadır.

"Bir günlük xəlifə" layihəsinə hazırlıq prosesi davam edir. Bu münasibətlə yolumuzu Azərbaycan Dillər Universitetindən saldıq. Tələbələrlə yeni idarəçilik modelləri ətrafında fikir mübadiləsi apardıq.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Emin Qələmiyevin sözlərinə görə, seçki komissiyasında fəaliyyət göstərən heyət hər il yenilənir:

– Seçkilərin şəffaflığını və obyektivliyini qorumaq məqsədilə universitet tarixində ilk dəfə olaraq tamamilə tələbələrdən ibarət müstəqil Seçki Komissiyası formalaşdırılıb. Əvvəllər bu seçki prosesi tamamilə fərqli qaydada həyata keçirilirdi. Seçki komissiyasının heyəti universitetin inzibati işçilərindən ibarət olurdu. Kamal müəllim bu məsələyə xüsusi həssaslıqla yanaşaraq qeyd etmişdi ki, şəffaflıq pozulursa, bu qəbuledilməzdir. Bu səbəbdən əvvəlki sistem ləğv edildi və hazırda biz tələbələr seçki komissiyasının üzvü kimi fəaliyyət göstəririk.

Gənclər artıq, sadəcə, iştirakçı deyil, həm də prosesin əsas qurucusu və tənzimləyicisi qismində çıxış edirlər. Komissiya üzvləri seçilərkən heç bir ayrı-seçkiliyə yol verilmir. Burada məqsəd sadəcə akademik göstəriciləri deyil, həm də gənclərin idarəçilik və liderlik qabiliyyətlərini üzə çıxarmaqdır.

İngilis-fransız dilləri fakültəsinin 4-cü kurs tələbəsi Vilənaz Rəfizadənin sözlərinə görə, universitetin üç korpusunda da seçki bülletenləri ilə təchiz olunmuş xüsusi kabinələr qurulacaq, magistratura pilləsində təhsil alanların belə səsvermə hüququnu nəzərə alan konkret saatlar müəyyənləşdiriləcək:

– Seçki komissiyasının üzvləri prosesə müdaxilə etmir. Əsas qərarverici qüvvə tələbələrdir. Layihənin ən yaddaqalan məqamı isə rektorluğa iddialı olan namizədlərin geniş səhnədə qurulacaq debatı olacaq. Bu debatda rəqiblər bir-birinin platformasına arqumentlərlə cavab verəcək, layihələrinin real əsaslarını izah edəcəklər.

Debat mərhələsi həlledici məqamdır. Sona qalan ən güclü 2 tələbə-rektor namizədi burada üz-üzə gələrək öz platformalarını tələbə auditoriyasına və münsiflərə təqdim edəcəklər. Debatların əsas mahiyyəti namizədlərin rəqibin irəli sürdüyü layihələrə qarşı tutarlı əks-arqumentlər gətirmək bacarığını göstərməkdir.

Komissiyanın digər üzvü, ingilis-fransız dilləri fakültəsinin tələbəsi İlkanə Tağızadə debat prosesinin incəliklərindən bəhs etdi:

– Bir namizəd universitet daxilində yeni quruculuq işindən və ya genişmiqyaslı sosial layihədən bəhs etdikdə, digər rəqib dərhal bu təklifin icra mexanizmini, onun hansı zərurətdən doğduğunu və tələbələrə vəd etdiyi real faydanı sorğulayacaq. Müzakirələr zamanı gənclərin analitik düşünmə tərzi, tənqidi baxışı və ən əsası, kəskin suallar qarşısında öz təmkinlərini necə qorumaları sınağa çəkiləcək.

Debat zamanı toxunulan mövzular olduqca genişdir. Tədrisin keyfiyyəti, tələbənin asudə vaxtının təşkili, universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi, rəqəmsal yeniliklərin tətbiqi kimi mövzular müzakirə obyekti olur. Bu açıq və şəffaf fikir mübadiləsi həm də seçici qismində çıxış edən tələbələrin son qərarına birbaşa təsir göstərir.

İndiyədək xəlifəlik kürsüsünə əyləşən tələbə-rektorların irəli sürdüyü təşəbbüslərin və verdiyi qərarların 70 faizi rəsmi şəkildə öz təsdiqini tapıb. Maraqlı bir məqam da odur ki, layihə çərçivəsində rəhbər vəzifələrə təyin olunan tələbələr həmin vəzifədə çalışanların birgünlük maaşını alırlar. Lakin burada bir sual yaranır: görəsən, gəncləri bu gərgin seçki marafonuna qoşulmağa, gecə-gündüz öz platformaları üzərində çalışmağa sövq edən birgünlük maaşdır, yoxsa bu marağın kökündə daha ali məqsədlər dayanır?

Təhsil fakültəsinin tələbəsi Mehriban Hüseynova sualımıza belə aydınlıq gətirdi:

– Tələbələrin gözlərindəki o alovu, rəqabət əzmini və debatdakı kəsərli arqumentləri müşahidə etdikdə anlayırsan ki, maddi mükafat burada, sadəcə, xoş təəssüratdır. Onları hərəkətə gətirən əsas qüvvə özünü təsdiq etmək, sabahın idarəçisi kimi sınaqdan çıxmaq və universitetin tarixində iz qoymaq istəyidir. Bu ildən etibarən layihənin nizamnaməsinə daha bir yenilik əlavə edilib. Belə ki, universitet tarixində ilk dəfə olaraq, seçkilərdə qalib gələn tələbələr üçün rəsmi rektor imzalı xüsusi sertifikatlar hazırlanacaq.

Müasir əmək bazarının tələblərini nəzərə alsaq, bu sertifikatların gənclər üçün "yaşıl işıq" olacağını əminliklə söyləmək olar. Gələcəkdə işə qəbul prosesində namizədlərdən, ilk növbədə, təcrübə və liderlik keyfiyyətləri soruşulduqda tələbənin öz CV-sində universitet miqyaslı bir idarəetmədə iştirak etdiyini rəsmi sənədlə sübut etməsi onu digər namizədlərdən bir addım öndə tutacaq.

Magistr tələbəsi Zeynəb Əliyeva bildirdi ki, seçki prosesini daha rəngarəng və dinamik etmək məqsədilə xüsusi bir tələbə qrupu fəaliyyət göstərir:

– Texnologiya və sürət əsrində yaşamağımız sosial medianın gücündən yararlanmağı bizim üçün zərurətə çevirib. Tələbələr seçkinin hər bir mərhələsini geniş auditoriyaya çatdırmaq üçün maraqlı videolar çəkir, diqqətçəkən posterlər hazırlayırlar.

Namizədlərə gəlincə, onlar öz təbliğat kampaniyalarında tamamilə sərbəstdirlər. Hər bir namizəd öz ideyalarını həm sosial media platformalarında, həm də universitet daxilində tələbələr arasında canlı şəkildə təbliğ edə bilər.

Bəs hansı halda tələbənin namizədliyi ləğv olunur? Tərcümə fakültəsinin tələbəsi Nailə Nəsirova sualımızı belə cavablandırdı:

– Hər bir namizəd bacarıqlarını və gələcək planlarını əks etdirən şəxsi portfoliosunu hazırlayıb komissiyaya təqdim edir. Lakin burada dürüstlük ən əsas meyardır. Əgər bir namizəd portfoliosunda özü haqqında həqiqətə uyğun olmayan məlumatlar qeyd edərsə, onun namizədliyi dərhal ləğv olunur.

Əgər bir tələbə bilərək, yaxud ehtiyatsızlıqdan digər rəqibinin hazırladığı layihəni və ya ideyanı öz adına çıxarsa həmin şəxs seçkidən kənarlaşdırılır. Bu kimi mübahisəli məqamlarda "ilk kim yazıbsa, onun ideyası qüvvədədir" prinsipi rəhbər tutulur.

Mayın 8-də yekunlaşacaq seçki prosesi həm də birliyin və dürüstlüyün gücünü nümayiş etdirəcək. Hər bir namizədə uğurlar arzulayır və bu ənənənin daim yaşamasını diləyirik.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see211

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see203

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see178

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see175

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see174

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see171

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see168

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri