Ali məktəbə qəbul olan və I sinfə başlayacaq şəhid övladları ilə görüş...
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul olmuş və yeni tədris ilində birinci sinfə başlayacaq şəhid övladları ilə görüş keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.
Görüşdə şəhid övladlarının təhsil uğurları diqqətə çatdırılıb, onların qazandıqları nailiyyətlərin hər birimiz üçün qürurverici olduğu bildirilib. Ali məktəblərə qəbul olan gənclər təbrik edilib, birinci sinfə qədəm qoyacaq uşaqlara isə yeni tədris ilində uğurlar arzulanıb.
Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs olunub, şəhid övladlarının hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb.
Səmimi söhbət şəraitində keçən görüşdə şəhid övladlarına hədiyyələr təqdim olunub, onların arzu və istəkləri dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Sentyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















