Icma.az
close
up
RU
Ali məktəbi qoyub döyüşə getdi Arif Buzovnalının BİOQRAFİYASI

Ali məktəbi qoyub döyüşə getdi Arif Buzovnalının BİOQRAFİYASI

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi şair, qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında mərhum qəzəlxan haqqında məlumat verir.

- Arif Buzovnalı kimdir?

Arif Buzovnalı (Əliyev Arif Rauf oğlu) 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində anadan olub. Azərbaycan şairi, qəzəlxanı, tədqiqatçısı, şerşünası və ədəbi məclis təşkilatçısıdır. O, klassik poeziya ənənələrini müasir düşüncə ilə birləşdirən nadir qələm sahiblərindəndir.

- Arif Buzovnalı harada təhsil alıb?

Arif Buzovnalı 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb.

- Arif Buzovnalının ədəbi yolunun başlanğıcı nə vaxtdan götürür?

Arif Buzovnalının poeziyaya gəlişi gənclik illərinə təsadüf edir. İlk şeirlərini 1980-ci illərin sonlarında yazmağa başlayıb. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi şer dərc olunmasa da, iki il sonra, 1991-ci ildə həmin şer artıq “Azərbaycan Gəncləri” qəzetində yer alıb. Bu fakt şairin ilk uğurlu addımı sayılır.

- Arif Buzovnalı hansı mühitdə formalaşdı?

Arif Buzovnalı Bakıda və Abşeronda fəaliyyət göstərən ənənəvi ədəbi məclislərin fəal üzvü olub. Xüsusilə “Füzuli” ədəbi məclisi, “Məcməüş-şüəra” qəzəl məclisi, müxtəlif poeziya ocaqları onun yaradıcılıq atmosferini formalaşdırıb. Bu məclislər şairin qəzəl ənənəsinə bağlılığının əsas mənbələrindəndir.

- Arif Buzovnalının hərbi və döyüş yolu yaradıcılığına necə təsir göstərib?

Arif Buzovnalı 1990–1992-ci illərdə Sovet ordusunda xidmət edib. 1993-cü ildə ali təhsilə başlamaq əvəzinə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb və Əzizbəyov adına Könüllülər Batalyonunda 1994-cü ilin mayınadək döyüşüb. Bu dövr, onun şerlərindəki iradə, təvazö, vətənpərvərlik və “şəxsi faciədən ümumi qəhrəmanlığa yüksəlmə” motivlərinin əsas qaynaqlarındandır.

- Arif Buzovnalının ən böyük ədəbi uğurları hansılardır?

Arif Buzovnalının adı təkcə ölkədə deyil, regionda da tanınır. O, 2003-cü ildə Təbrizdə “Şeri-tənz” Beynəlxalq şer müsabiqəsinin, 2010-cu ildə Urmiyada “Rəzəvi” Beynəlxalq Şer Festivalının qalibi olub.  2011-2016-ci illərdə isə eyni festivalda türkdilli şer üzrə münsif, 1-ci və 2-ci “Nəsimi  Şer, incəsənət, mənəviyyat” festivallarında müəllif və aparıcı, 2014-2021-ci illərdə AzTV-də “Məclisi-Üns” verilişinin daimi iştirakçısı olub.

Bundan əlavə, şairin əsərləri Türkiyə, İran, Rusiya, Ukrayna və digər ölkələrin mətbuatında da çap olunub.

- Arif Buzovnalı hansı qurumlara rəhbərlik edib?

Arif Buzovnalı 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2016-da Xəzər Yazıçılar Birliyinin sədri, 2017-də “Poeziya Klubu”nun rəhbəri, 2022-ci ildə isə AYB “Füzuli” komissiyasının sədri olub.

- Arif Buzovnalının yaradıcılığında hansı mövzular üstünlük təşkil edir?

Arif Buzovnalının poeziyasında klassik irsin davamı, sufizmin rəmzləri, insanın mənəvi təmizliyi, eşq və fəlsəfi duyumlar, Vətən, torpaq, fədakarlıq, müharibə təcrübələrindən qaynaqlanan sarsıntı və iradə aparacı xəttlərdir. Onun qəzəlləri ənənənin müasir təfsiri kimi qəbul edilir.

- Arif Buzovnalı hansı dillərdən tərcümə edib?

Arif Buzovnalı həm klassik, həm də müasir poeziyanı tərcümə edir. O cümlədən, Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyeva kimi müəlliflərin əsərlərinə müraciət edib.

- Arif Buzovnalının neçə kitabı işıq üzü görüb?

Arif Buzovnalının günə 7 şeir kitabı və müxtəlif tədqiqat kitabları nəşr olunub.

Onlar: Ömrün ötən anları (1999), Mərifətdən həqiqətə (2005), Səhərimə nə qalıb ki (2007), Xəzərim (2009), Sarı güllər (2010), Seçilmiş əsərlər (2014), Vadi (2022), Qəzəllər (2023), Məqalələr və şərhlər (2025).

Tədqiqatları arasında "Xətai və Füzuli", Düşüncələr", "Nəsimi bir baxışda", "Qırx qəzəl Qırx şərh" kimi kitablar xüsusi önəm daşıyır.

- Arif Buzovnalının ailə həyatı necədir?

Arif Buzovnalı ailəlidir və iki övladı var.

- Arif Buzovnalı ədəbi prosesə nə verib?

Arif Buzovnalının əsas töhfələri klassik qəzəl ənənəsinin müasir poeziyaya adaptasiyası, gənc şairlərin yetişdirilməsi, ədəbi məclislərin yenidən dirçəldilməsi, klassik irsə elmi yanaşmanın inkişafı, poeziyanın mədəniyyət sahəsində təbliği kimi istiqamətlərdədir.

- Arif Buzovnalı nə zaman dünyasını dəyişib?

Arif Buzovnalı 22 noyabr 2025-ci ildə, 53 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri