Icma.az
close
up
RU
Babası alman kəndlisi idi, üç dəfə evləndi, sərvətinin bir hissəsini itirdi... TRAMPIN BİOQRAFİYASI AzPolitika onlayn siyasi ictimai qəzet

Babası alman kəndlisi idi, üç dəfə evləndi, sərvətinin bir hissəsini itirdi... TRAMPIN BİOQRAFİYASI AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci dəfə ABŞ-nin prezidenti seçilən Donlad Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var. 1890-cı ildə Almaniyadan ABŞ-yə köç edən Frederik Trampın “Qızıl axtarışı dövrü”ndə qazandığı sərvət, Tramp ailəsinin biznes sahəsində yüksəlişinə səbəb olub. F. Tramp həmin dönəm əldə etdiyi sərvət hesabına ABŞ-də restoranlar və əxlaqsızlıq yuvaları açıb. Daha sonra Trampın əmlakçı atası bu sərvəti idarə etməyə başlayıb. Tramp isə atasının ardından həmin vəsaitlər hesabına siyasətə gələ bilmək uğurunda mübarizəyə başlayıb.

Trampa gəlincə, o məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində liseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb. D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib. O, həmin vaxt 100 milyon dollara başa gələcək otelin tikintisi üçün bələdiyyədən 160 milyon dollar vergi güzəşti alıb.

1980-ci illərdə “Tramp Tower” binası üçün Nyu-York Bələdiyyəsinə qarşı məhkəmə işi açaraq 74 milyon dollarlıq vergi güzəşti əldə edib. Ard-arda üç kazino açan Tramp, 1983-1987-ci illər arasında yaxta, aviaşirkət, futbol komandası, malikanə və şəxsi təyyarə alıb. 1989-cu ildə Nyu-Yorkda bazarların çöküşü Trampın işlərini çətinləşdirib. Ödəyə bilmədiyi 675 milyon dollarlıq borcu 2 milyard dollara yaxınlaşarkən, aviaşirkət də daxil olmaqla çoxlu əmlakından olub. Daha sonra Tramp səhmlərini satışa çıxarıb və “Empire State” binasının 50 faizini satın alıb. 1990-cı ildə “Adantic City”də inşa etdirdiyi “Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Həmin vaxt 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi.

2001-2008-ci illər arasında Demokratlar Partiyanı dəstəkləməyə başlayıb. Bu dəstəyini 2011-ci ildən sonra Respublikaçılara yönəldib və ilk dəfə 2000-ci ildə prezidentliyə namizəd olub. Daha sonra yarışı tərk edən Tramp, 2016-cı il seçkilərində Respublikaçı namizəd kimi qalib gəlib və 2017-ci ildə ABŞ-nin 45-ci prezidenti olub. 2020-ci ildə Demokrat Co Bayden prezident seçkisini qazanarkən, Tramp 2025-ci ildə 47-ci prezident olaraq Ağ Evə yenidən qayıdıb.


Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 

Donald Trampın ilk həyat yoldaşı, çex əsilli İvana Zelníčkovadan Donald Tramp Jr., İvanka Tramp və Erik Tramp adında üç övladı var. İkinci həyat yoldaşı Marla Maplesdən bir qızı – Tiffani Tramp dünyaya gəlib. Üçüncü və hazırkı həyat yoldaşı Sloveniya əsilli model Melaniya Trampdan isə bir oğlu var.

Tramp 2000-ci illərin ortalarından etibarən baş rolda oynadığı və ona 16 il ərzində 200 milyon dollar qazandıran realiti televiziya şousu “The Apprentice” vasitəsilə əyləncə sektorunda öz yerini tutub. Tramp həmçinin, 1996-2015-ci illər arasında “Miss USA”, “Miss Teen USA” və “Miss Universe” gözəllik yarışmalarının layihəçisi olub. 

Rəqs etməyi sevən 78 yaşlı Donald Tramp andiçmə mərasimindən öncə Vaşinqtonda təşkil olunan mitinqdə səhnəyə çıxan “Village People” musiqi qrupu ilə rəqs bacarığını nümayiş etdirib. Trampın demək olar ki, bütün kampaniya mitinqlərinin sonunda istifadə edilən “YMCA” mahnısını səsləndirən qrupun çıxışı zamanı prezident səhnədə həm rəqs edib, həm də mahnı oxuyub.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri