Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Ali məktəblərdə təhsil haqları artacaq

Ali məktəblərdə təhsil haqları artacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Hər il bəzi ixtisaslar üzrə qiymətlərdə baş verən bu dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir. Təhsil haqlarının formalaşmasına təsir edən amillər, universitetlərin xərcləri və tədrisin keyfiyyətinin təmin olunması kimi məsələlər bu mövzuda diqqət çəkən məqamlardandır. Mövcud vəziyyət fonunda ali təhsil müəssisələrində təhsil haqlarında müşahidə olunan artımların hansı səbəblərlə bağlı olduğu və bu il qiymətlərdə dəyişiklik gözlənilib-gözlənilmədiyi də müzakirə predmetinə çevrilir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev ali təhsil müəssisələrində təhsil haqlarının artmasını bir sıra səbəblərlə izah edib.

“İlk növbədə qeyd etmək lazımdır ki, yaşayış səviyyəsi və gündəlik tələbat artdıqca universitet əməkdaşlarının, xüsusilə müəllimlərin əməkhaqqı tələbləri də yüksəlir. Bu isə ali təhsil müəssisələrinin xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, ölkədə orta gəlirin və yaşayış minimumunun artması da müəllim və digər əməkdaşların daha yüksək əməkhaqqı gözləntilərini formalaşdırır. Universitetlər isə keyfiyyətli kadrları cəlb etmək və onları saxlamaq üçün daha rəqabətli əməkhaqqı təklif etməyə məcbur qalırlar”.

O eyni zamanda nəzərə çatdırıb ki, təhsil haqlarının artmasına təsir edən mühüm amillərdən biri də valideyn və tələbələrin universitetlərdən daha keyfiyyətli təhsil gözləntiləridir:

“Bu gözləntilərin qarşılanması üçün ali təhsil müəssisələrində müasir infrastrukturun yaradılması, yeni tədris binalarının, laboratoriyaların və digər texniki imkanların qurulması tələb olunur ki, bu da böyük maliyyə yatırımları deməkdir. Bundan əlavə, son illərdə informasiya texnologiyaları, kompüter mühəndisliyi və digər texnoloji ixtisaslara tələbənin axınının artması maliyyə tutumlu yeni laboratoriyaların yaradılması zərurətini ortaya çıxarıb. Belə ixtisaslar üzrə müasir avadanlıqların təmin olunması da əlavə xərclər yaradır. Eyni zamanda bazar qaydalarına uyğun olaraq populyar ixtisaslara tələbat çox olduqda həmin ixtisaslar üzrə təhsil haqları da yüksələ bilir. Bu isə tələb və təklif balansı ilə bağlı formalaşan iqtisadi amildir”.

Milli Məclisin deputatı əlavə edib ki, digər mühüm məqam isə xarici universitetlərlə əməkdaşlıq və ikili diplom proqramlarının həyata keçirilməsidir:

“Bu cür proqramların tətbiqi üçün universitetlərin həm infrastruktur, həm də tədris məzmunu baxımından beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur ki, bu da əlavə maliyyə xərcləri ilə müşayiət edilir.
Bundan başqa, rəqəmsallaşma bu gün ali təhsil müəssisələri qarşısında duran əsas prioritetlərdən biridir. Tədris prosesinin rəqəmsal platformalara keçirilməsi, yeni texnologiyaların tətbiqi və elektron təhsil mühitinin qurulması ciddi maliyyə sərmayəsi tələb edir”, - deyə S.Vəliyev fikrini yekunlaşdırıb.

Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, ali təhsil müəssisələrində təhsil haqlarının müəyyənləşdirilməsi və tənzimlənməsi bir neçə qurumun iştirakı ilə həyata keçirilir.

"Bu prosesdə Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, eləcə də universitet rəhbərliyi müəyyən rol oynayır. Adətən universitet rəhbərliyi hər hansı ixtisasın açılması və ya mövcud ixtisas üzrə təhsil haqqının müəyyənləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edir. Nazirlik təqdim olunan təklifi uyğun hesab etdikdə məsələ Nazirlər Kabinetinə təqdim olunur və təsdiqdən sonra həmin təhsil haqqı universitet tərəfindən tətbiq edilir.

Özəl ali təhsil müəssisələrində isə bu proses bir qədər fərqli şəkildə həyata keçirilir. Əgər universitet hər hansı quruma bağlıdırsa, təhsil haqları həmin qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilir. Universitet müstəqil fəaliyyət göstərirsə, qiymətlər rəhbərlik tərəfindən müəyyən olunur və bu barədə Elm və Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilir.

Ümumilikdə ali məktəblərdə təhsil haqlarının tənzimlənməsi bir sıra amillərdən asılıdır. Bu məsələdə universitetin prestiji, təhsilin keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti əsas rol oynayır. Məsələn, yüksək standartlara uyğun infrastruktura və güclü tədris mühitinə malik ali məktəblərdə təhsil haqqı da daha yüksək olur. Bu baxımdan ADA Universiteti ilə regionlarda fəaliyyət göstərən bəzi universitetlərin təhsil haqlarını eyni səviyyədə müqayisə etmək mümkün deyil”.

Ekspert həmçinin vurğulayıb ki, eyni vəziyyət dövlət universitetləri arasında da müşahidə olunur:

“Məsələn, Bakı Ali Neft Məktəbi ilə Sumqayıt Dövlət Universitetinin təhsil haqları arasında fərqin olması təbiidir. Bakı Ali Neft Məktəbində təhsilin səviyyəsi, maddi baza və rəqabət mühiti daha yüksək olduğuna görə burada təhsil haqları da digər ali məktəblərlə müqayisədə fərqlənir.

Magistratura səviyyəsində də bənzər hallara rast gəlinir. Məsələn, MBA proqramları bir çox universitetlərdə mövcud olsa da, bəzi ali məktəblərdə bu proqramlara tələbat daha yüksək olduğuna görə təhsil haqqı da artır. Tələbatın artması və proqramın bazasının güclü olması həmin ixtisasın dəyərinin yüksəlməsinə səbəb olur.
Bundan başqa, universitetin beynəlxalq reytinqlərdə mövqeyi, tələbə axınının çoxluğu, tədris prosesinin keyfiyyəti və müəllim heyətinin səviyyəsi də təhsil haqlarına təsir edən amillər sırasındadır. Məsələn, hər hansı universitet beynəlxalq reytinq cədvəllərində yüksək yerlərdə qərarlaşır, maddi-texniki bazası güclənir və tələbə marağı artırsa, bu da illik təhsil haqlarının yüksəlməsinə gətirib çıxara bilər”.

R.Nurəliyev onu da diqqətə çatdırıb ki, təhsil haqlarına təsir edən digər mühüm faktor isə ixtisas fərqidir:

“Eyni universitet daxilində belə müxtəlif ixtisaslar üzrə ödəniş məbləği fərqli olur. Məsələn, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda illik təhsil haqqı təxminən 2000-2500 manat olduğu halda, daha çox tələb olunan ixtisaslarda bu məbləğ 4000-4500 manata qədər yüksələ bilər. Bu isə həmin ixtisaslara olan tələbat və rəqabət səviyyəsi ilə bağlıdır.

Hazırda Azərbaycanda təhsil haqları nisbətən yüksək olan ali məktəblər sırasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin özəl ali məktəblərdən Xəzər Universiteti göstərilir. Bu universitetlər ölkənin ali təhsil sistemində formalaşmış nüfuza malik olduqları üçün onların təhsil haqları digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək tənzimlənir”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri