Icma.az
close
up
RU
Ali məktəblərdə təhsil haqları artırılır? Ekspert etiraf etdi

Ali məktəblərdə təhsil haqları artırılır? Ekspert etiraf etdi

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2026-2027-ci təhsil ilindən etibarən ali təhsil müəssisələrinin ödənişli ixtisaslarında təhsil haqlarının artırılacağı ilə bağlı xəbərlər yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlar tələbələri və onların valideynlərini əndişələndirib. İddialara görə, artımlar yeni qəbul olan tələbələrlə yanaşı, hazırda təhsil alanlara da tətbiq ediləcək. Həmçinin, artımların həm özəl, həm dövlət universitetlərində baş verəcəyi bildirilir. Artıq müxtəlif universitetlərdə bununla bağlı hazırlıq görülür. Bundan başqa universitetlərin büdcələrinin azaldılacağı ilə bağlı məlumatlar da var.

Bu iddialarla bağlı Bakupost.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, təhsil müəssisələrimiz təhsil haqlarını qaldırmaq məcburiyyətindədirlər.

“Demirəm ki, belə olmalıdır və qanuna uyğundur. Sadəcə bəzi detallar var ki, universitetlər bu istiqamətdə təhsil haqlarını qaldırmağa məcburdurlar. Onları qətiyyən müdafiə etmək istəmirəm. Əksinə, bu, mənfi qərardır. Çünki universitet xaricdəki təhsil ocaqlarından fərqli olaraq özünün gəlir mexanizmini qura bilməyib. Elm, sənaye və innovasiya üçlüyü, bunun nəticəsində elmdə uğurlu biznes formulu çox təəssüf olsun ki, bizim yerli ali məktəblərimizdə hələ ki, istənilən səviyyədə getmir. Büdcə amili məhz bu prinsiplə formalaşa bilir. Bizdə isə yalnız universitetin daxili büdcəsi, xərc adına olan nə varsa, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrin hesabına formalaşır. Bir neçə universitet rəhbərliyi ilə söhbət zamanı bu barədə məsələyə toxunduq. Universitet rəhbərləri elə danışdılar ki, az qala həmin universitetlərə yazığımız gəldi. Bütün xərclərin tələbələrin illik təhsil haqqı hesabı ilə qarşılanması vəziyyəti qəlizləşdirir. Xərclər artdıqca universitetlər də məcbur olur ki, illik təhsil haqlarını da artırsın. Burada isə əziyyət çəkən tələbələr və onların valideynləri olur”.

Qərarın dövlət sifarişli yerlərin, yəni pulsuz təhsil alanların sayına təsiri ilə bağlı danışan təhsil eksperti bildirib ki, bu məsələlər bir-biri ilə toqquşmur:

“Çünki universitetlərə ixtisaslar üzrə ayrılan plan yerləri əmək bazarına bağlı aparılan geniş miqyaslı araşdırmalar nəticəsində müəyyənləşir. Düzdür, plan yerlərini universitetlər özləri təqdim edir. Amma istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarla ayrılan plan yerləri universitetlərin qərarları ilə məhdudlaşmayan çox ciddi mexanizmdir. Məsələn dövlət hesablayır ki, 4 ildən sonra komputer mühəndisliyi ixtisası üzrə bu qədər kadr lazım olacaq və plan həmin ixtisası tədris edən universitetlər arasında bölünür. Təbii ki, bu universitetin özünün təqdim etdiyi yerlərdən çox asılıdır. Dövlət sifarişli plan yerlərinin artırılması və azaldılması universitetlərdən asılı olmadığına görə düşünürəm ki, bu, pullu ixtisaslara heç bir təsir etməyəcək”.

Yeni qiymət artımının tələbələrin təhsil imkanlarına necə təsir edəcəyi ilə bağlı danışan ekspert qeyd edib ki, reallığa, qanunauyğunluğa baxanda müsbət təsir etməlidir:

“Çünki illik təhsil haqqı artırsa, deməli, universitet bəzi zəruri xərclərini tez ödəməli, imkanlarını gücləndirməlidir. Amma bu barədə birmənalı danışmaq absurd olar. Hər bir halda, fərqi yoxdur istər özəl, istər dövlət universitetləri xərcləri optimallaşdırmaq, imkanlara görə hərəkət etmək və bunun müqabilində daha verimli işlər görməkdə maraqlıdırlar. Çünki dünyada, xüsusən də ali təhsildəki tələblərə uyğun olaraq texnologiyanın, süni intellektin açdığı yeni imkanlar, onun bəzi istiqamətlərini də artırmış olur. Əvvəllər universitetlərə 1 laboratoriya, İT avadanlıqları kifayət idisə, indi yeni tələbatla bunu 5 dəfə artırmaq lazım olur. Və bu, təhsil imkanlarına da təsir göstərməlidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri