Icma.az
close
up
RU
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? VİDEO

Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? VİDEO

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Tibb Universitetində illik təhsil haqları azaldılıb.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, 2026-2027-ci tədris ili üçün universitetdə Tibb ixtisası üzrə təhsilhaqqı 1500 manat azaldılaraq 5 min manata, Stomatologiya ixtisası 1500 manat azaldılaraq 4500 manata, Əczaçılıq iixtisası 500 manat azaldılaraq 4500 manata, Fizioterapiya ixtsası da 500 manat azaldılaraq 4500 manata, eyni zamanda İctimai səhiyyə və Tibbi bacısı işi də 500 manat azaldılaraq 4500 manat edilib.
Məlumatı Azərbaycan Tibb Universiteti "Xəzər Xəbər”ə təsdiqlyib.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsil haqları 2024-2025-ci  tədris ili ilə müqayisədə ixtisasından asılı olaraq 1000-1500 manatadək azaldılıb.  2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetinə ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricisidir.
Bəs 2026-2027-ci tədris ili üzrə təhsil haqları hansı aralıqdadır?
Təhsil ekspertləri bildirirlər ki, artıq "Abituriyent" jurnalının 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul prosesini əhatə edən 4-cü nömrəsi nəşr edilib. Həmin nəşrdə ötən illə müqayisədə bu il bəzi universitetlərin təhsil haqlarında dəyişiklik edildiyi görünür.
Məsələn, Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsilhaqqı ötən il 2200 manat idisə, bu il ödəniş 2500 manata qaldırılb.
Dövlət Neft və Sənaye Universitetində Kompüter elmləri ixtisasında ötən illə müqayisədə 500 manat artım var. İxtisasın builki ödənişi 2700 manat təşkil edib. Texniki universitetdə tədris edilən Aerokosmik mühəndisliyi ixtisası ötən il 2100 manat idisə bu il ödəniş 2600 manata qaldırılıb. Təhsilhaqqının artırıldığı universitetlər siyahısında Azərbaycan Memarlıq və İnşaat Universiteti də var. Bu universitetin bəzi ixtisaslarında 500 manata qədər artımlar var. Mühəndislik Universitetində tədris edilən Kompüter elmləri ixtisasının da ödənişi 2500 manatdan 3 min manata qaldırılıb.

Ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsində universitetlərin xərcləri, müəllimlərin əmək haqları və digər amillər nəzərə alınır.

Qeyd olunub ki, yeni tədris ilində təhsil haqlarında həm artım, həm də azalma müşahidə olunur və tələbələrin ödəyəcəyi məbləğ seçdikləri ixtisas və universitetdən asılı olacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Avqust 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri