Ali Radanın komitə sədri Ukraynada xarici qoşunların yerləşdirilməsi şərtlərini açıqlayıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna ərazisində xarici hərbi birləşmələrin yerləşdirilməsi Konstitusiyanın tələblərinə uyğun olmalıdır.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski xarici qoşunların sülhməramlı kimi ölkədə yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Xarici ölkəyə məxsus hərbi birləşmənin Ukrayna ərazisində yerləşməsi ölkə prezidentinin və parlamentin razılığı olduğu halda mümkündür. Lakin parlamentə hələ də heç bir təşəbbüs təqdim edilməyib. Müharibə dayanan kimi, Ukrayna ərazisinə sülhməramlı kimi xarici hərbi birləşmələrin yerləşdirilməsi optimist ola bilərdi", - komitə sədri vurğulayıb.
F. Venislavskinin sözlərinə görə, xarici sülhməramlı qoşunların ölkədə yerləşdirilməsi pozitiv addım ola bilər: "Burada gələcəkdə əsas hədəf Ukraynanın 1991-ci ildə beynəlxalq hüquqla qəbul edilmiş ərazisinə qayıtması və gələcək təhlükəsizliyidir. Ukrayna ərazisində razılıqla yerləşən istər Avropa, istərsə də digər ölkələrdən olan hərbi birləşmələr birbaşa Ukraynanın suveren təhlükəsizliyinə zamin durmalıdır. Onlar gələcək mümkün növbəti hərbi qarşıdurmaya rəvac verməməlidirlər. Bu, bizim əsas şərtimizdir", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 30 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















