Icma.az
close
up
RU
“Ali təhsildə strateji boşluqlar və maliyyə çatışmazlığı açıq aydın görünür İlham Əhmədov

“Ali təhsildə strateji boşluqlar və maliyyə çatışmazlığı açıq aydın görünür İlham Əhmədov

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz universitetlərimizi xaricdən tələbə cəlb etmək, brendini yüksəltmək və imicini artırmaq istəyirik. Amma reallıqda rəhbərlik problemləri həll etmək və dəstək vermək əvəzinə yalnız tələb edir, müəllim və tələbələri daim tənqid altında saxlayır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlmasında dosent İlham Əhmədov bildirib.

“Universitetlərin istehsalat və praktika ilə əlaqəsi, əmək bazarı ilə əməkdaşlığı zəifdir, peşə sahələrində peşəkarların iştirakı minimumdur, dərslik və tədris metodları isə aşağı səviyyədədir.

Müəllimlərin ixtisas artırılması və beynəlxalq təlimlərdə iştirakı üçün resurs ayrılmır; konfranslara göndərilmir, ezamiyələr təşkil olunmur”-deyə o əlavə edib.

O, qeyd edib ki, uzun illər ərzində bu sahədə strategiya, dövlət proqramları, maliyyələşmə və idarəetmə mexanizmləri mövcud olmayıb, nəticələr isə açıq-aydın görünür.

“Mən dəfələrlə innovativ ekosistemlərin, rəqamsallaşma strategiyasının və infrastruktur layihələrinin hazırlanmasını təklif etmişəm, amma nazirlik reaksiyasız qalır. Universitetlər isə maliyyə imkanlarının olmadığını əsas gətirir, halbuki təmir və tikinti işlərinə milyonlarla vəsait ayırırlar.

Bu, artıq ənənə halını alıb. Müqayisə üçün Türkiyə, Gürcüstan və Qazaxıstan universitetlərinə baxsaq, fərqli mənzərə görərik. Məsələn, 2019-cu ildə yaradılan Kutaisi Beynəlxalq Universitetinə 1 milyard dollar investisiya qoyulub və sonrakı illərdə də investisiyalar davam etdirilib. Yəni investisiya olmadan universitet inkişaf edə bilməz”.

İlham Əhmədov vurğulayıb ki, təəssüf ki, bizim təhsil menecerləri bunu anlamır və universitetləri publik hüquqi şəxs statusuna gətiriblər; yəni büdcədən pul gözləməyin, özünüz başınızı saxlayın.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri