Icma.az
close
up
RU
Təhsildə qrant talançılığı Dosent İlham Əhmədov

Təhsildə qrant talançılığı Dosent İlham Əhmədov

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”
İlham Əliyev

Təhsilimizdə çox ciddi problemlər var. Bu problemlər ilbəil azalmaq əvəzinə, əksinə olaraq daha da artır. Təhsil büdcəsinin dəfələrlə artımı da problemlərin həllinə kömək etmədi. Çünki, büdcənin xərclənməsi səmərəsiz və qeyri şəffaf olmuşdur.
30 il ərzində mərhələlərlə yaranan və kök salan ciddi problemləri ETN həll etmək gücündə deyil. Bu qurumun problemləri həll etməyə nə niyyəti, nə də səriştəsi, nə də elmi potensialı yoxdur.
Nazirin etiraf etdiyi kimi, nə edəcəklərini də hələ bilmirlər. Sadəcə bütün xalqın bildiyi məsələləri səsləndirmək (KİV və sosial şəbəkələrdən öyrənərək), amma onların həlli üçün heç nə etməmək, dövlətin etimadını doğrultmamaqdan başqa bir şey deyil. Belə təsəvvür yaranır ki, elm və təhsil sahəsinə rəhbərlik edənlər bu sahənin dövlətin mühüm strateji sahəsi, milli təhlükəsizliyin əsası olduğunu hələ də tam dərk etmir, öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar.
AZAL pilotlarında olan peşəkarlıq və vətənpərvərlik, təhsil menecerlərimizdə də olsaydı, indi təhsilimizin yaxşı sorağı hər yana yayılardı, təhsil reytinqlərimiz yüksələrdi. Pilotlar 100 nəfərin həyatına, təhsil menecerləri 2 milyon insanın həyatına məsuliyyət daşıyırlar. Bu səbəbdən AZAL pilotları hansı məsuliyyətlə seçilib, işə qəbul edilirsə, təhsil menecerləri də elə məsuliyyətlə seçilməli, peşəkarlar bu işlə məşğul olmalıdırlar.
Nazir tez-tez sual edir: necə edək ki, təhsildə reytinqlərimiz yüksəlsin. Bu da həmən sualın cavabı.
Qeyri peşəkarlıq da hər addımda və hər deyilən cümlədə özünü biruzə verir. Nazirlik elm və təhsildəki problemlərin həlli üçün konkret addımlar atmaq əvəzinə, şikayət etməklə öz işini bitmiş hesab edir. ETN-dən fərqli olaraq, bəzi təhsil mütəxəssisləri təhsil praktikasından və təhsil elmlərindən məlumatlı olduqlarına görə məsələlərə daha real və kompleks yanaşaraq, mövcud problemləri səsləndirir və həll yollarını göstərirlər. Amma nazirlik bu təklif və təşəbbüslərə tam biganəlik göstərməklə, problemlərin həllində maraqlı olmadığını açıq nümayiş etdirir.
Təhsil mütəxəssisləri isə resurs çatışmazlığı səbəbi ilə problemləri həll edə bilmirlər. Bu məqsədlə beynəlxalq təcrübədən istifadə etmək yaxşı olar. Yəni, təhsil problemləri konkretləşdirilir, sistemləşdirilir, layihələr sistemi kimi formalaşdırılır, onların həlli üçün ünvanlı maliyyə ayrılır, layihələrin icrası peşəkar layihə qruplarına, komandalara, fərdi qaydada ekspertlərə açıq müsabiqə yolu ilə həvalə edilir. Bu məqsədlə təhsil sistemində səmərəli qrant siyasəti də reallaşdırılmaq mümkündür.
Son 10 ildə təhsilə dair “qrant”lar verilsə də, bunun təhsil təcrübəsinə heç bir faydası olmadı. Son illərdə verilən qrantlarının mövzuları təhsil problemlərinə uzaqdan-yaxından heç bir aidiyyatı olmamışdır. Qrant qalibləri olan layihə icraçılarının çoxu təhsil sistemində tanınmamış, təcrübəsi və səriştəsi olmayan qurumlar və ya fərdlər olub. Ən biabırçı qrant müsabiqəsi 2023-cü ildə oldu. Amma 2024-cü ilin müsabiqəsi, deyəsən daha betərdir.
Bu ərəfədə ETN QHT-lər üçün 2024-cü il üzrə qrant müsabiqəsinin nəticələrini dərc edib. Nəticələrlə tanışlıq göstərir ki, “davam edir dosta güzəşt, daha rahat, daha sərbəst.” Amma nazir sözdə deyir ki: “təhsildə güzəşt vətənə xəyanətdir”. Reallıqda isə təhsildə güzəştlər, o cümlədən qrantların paylanmasındakı qanunsuzluqlar adi hal alıb.
Təhsil büdcəsi son illər 5 dəfə artsa da təhsildə heç nə dəyişmədi. Deməli büdcə artımı ilə yanaşı peşəkarlıq, vətənpərvərlik, qanunlara hörmət və xərclərdə rasionallaşdırma da lazımdır.
ETN isə həmişəki kimi özünəməxsus prinsipiallıqla ,”fəaliyyət” göstərir. Prinsipiallıq yaxşı haldır, əgər bu həqiqətən təhsilin inkişafına real fayda verirsə, təhsil problemlərinin həllinə yönəlirsə, seçimlər ədalətə və peşəkarlığa əsaslanırsa. Əks halda bu maliyyə resurslarının növbəti israfı olacaqdır.
ETN bir neçə ay ərzində QHT-lər üçün Qrant müsabiqəsinə təqdim edilən layihələri özü bildiyi kimi (yəni, ənənələrinə uyğun olaraq) “təhlil” etdikdən sonra, nəhayət ki, qalibləri “seçə” bilib.
Ehtimal edirdik ki, bu qrant layihələrinin icrası nəticəsində ETN 5 il ərzində ciddi “narahat” edən bütün təhsil problemləri kompleks həll ediləcəkdir: yəni tərsinə qurulan təhsil sistemi “düzünə qurulacaq”, ali təhsilimizin rəqabət qabiliyyəti “artacaq”, ATM reytinqi “yüksələcək”, tədqiqat universitetlərinin qurulmasına tövhələr veriləcək, universitetlərin sahibkarlıq fəaliyyəti təmin ediləcək, müəllim hazırlığının “keyfiyyəti” artacaq, 25 yaşdan yuxarı əhali oxuduğu mətni “100 % anlayacaq” v.s.
Təəssüf ki, bu dəfəki qrant seçimləri də ənənə üzrə “dosta güzəşt” prinsipi ilə paylandı, mövzular isə heç də aktual deyil.
Belə yerdə deyirlər: “Utanmasan oynamağa nə var ki?”
Təhsildə qrant mövzusunda əvvəlki illərdə də xeyli tənqidi məqalələr yazılıb, amma ETN rəhbərliyi ictimai nəzarəti, ictimai rəyi, KİV-lərin yazısını nəzərə almır. Dəyirman öz işindədir. Ölkə rəhbərliyinin ictimai nəzarət haqqındakı dəyərli fikirləri niyə ETN şamil edilmir?
Əslində indiki durumda təhsilin inkişafı problemlərin həlli üçün qrantlar bəlkə də sonuncu şansdır, amma ETN milyardları necə “xərcləyir”sə, kiçik məbləğləri də elə israf edir.

Dosent İlham Əhmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri