Icma.az
close
up
RU
Nazirin arzusu dos. İlham Əhmədov

Nazirin arzusu dos. İlham Əhmədov

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Elm və təhsil sahəsindəki problemləri hər bir azərbaycan vətəndaşı çox yaxşı bilir. Ən azından hər ay hər uşağa görə 500 manat repetitor pulu ödəyəndə bunu təkrar-təkrar hiss edir.

Mətbuat, sosial şəbəkələr də bu problemlərin müzakirəsinə geniş meydan verib, illərdir ki, bu mövzuda qızğın müzakirələr gedir, hələ də davam edir müzakirələr. Biz də bu problemlərdən çox yazmış, çox danışmışıq. Amma nazirliyin bu istiqamətdə fəaliyyəti hələ də arzu edilən səviyyədə deyil. Heç onların təhsillə bağlı arzusunun nə olduğu da ictimaiyyətə tam aydın deyil.

Nəhayət ki, elm və təhsil naziri bu arzunu dilə gətirdi.
Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum elm və təhsilimizi dünya elm-təhsil məkanına səmərəli inteqrasiya etmək, təhsilimizdə olan köklü problemləri həll etmək, məktəblərimizdə təhsilin keyfiyyətini Finlyandiya məktəbləri səviyyəsinə çatdırmaq, repetitorluğu ləğv etmək, şagirdlərə pulsuz məktəbli forması və məktəbdə yemək vermək, hər məktəbə avtobus almaqdir.

Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum müəllimlərin sosial-müdafiəsini yüksəltmək, onların maddi çətinliklərinin həllinə nail olmaq, onları repetitorluq kimi ağır bir fiziki və psixoloji yükü çəkməkdən xilas etmək, bütün enerjisini öz sinifindəki şagirdlərə sərf etməsinə imkan yaratmaqdır.
Elə bildim elm və təhsil naziri deyəcək ki, arzum bu il açılacaq “Qarabağ Universiteti”nin və “Azərbaycan-Türkiyə universiteti”nin tezliklə Dünyanın və Türkdilli ölkələrin ən qabaqcıl universitetləri səviyyəsinə yüksəltmək, beləliklə də öz adımı milli təhsil tarixində şərəflə yaşatmaqdır.

Bunlar təbii ki, mənim və eləcə də hər bir azərbaycan müəlliminin arzusudur. Təəssüf ki, bunlar elm və təhsil nazirinin arzusu deyil.
Əgər elm və təhsili böhran vəziyyətdə olan ölkənin təhsil nazirinin arzusu – “MD bütün məktəblərdə olması”dırsa, deməli bizim elm-təhsil sistemi gələcəkdə indikindən də pis duruma düşəcək. Çünki, elm-təhsil sisteminin yüksək səviyyədə inkişaf etdirilməsi hədəfi, missiyası, arzusu heç gündəmdə belə yoxdur.

“MD bütün məktəblərdə olsun” arzusuna çatmaq çox asan məsələlədir. Bunun üçün MD-nun sayını çoxaldıb 3-4 min nəfərə çatması kifayətdir. Bunu 2-3 ay ərzində etmək olar, əgər maliyyə imkanı varsa. Maliyyə imkanı isə var. Amma maliyyə təhsil problemlərinin həllinə yox, təhsilə aidiyyatı olmayan məsələlərə yönəlir çox vaxt.

“Məktəblinin dostu” layihəsi barədə müəllimlərin böyük əksəriyyəti çox pis fikirdədir, bu barədə də mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələr olub. Amma nazirlik bu təhsilə “yamaq” təşəbbüsü zorla tətbiq edib və hələ də yaşadır. İndi də arzusunu etiraf etdi: hər məktəbdə MD olsun.

Biz elə bilirdik ki, nazir məktəbin, müəllimin, şagirdin dostudur. Amma o deyəsən “Məktəblinin dostu”nun dostu imiş.
Azərbaycan təhsili! Nazirin bu arzusu “söylə ürəyincəmi?

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri