Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Yeni tədris planı nələri dəyişəcək? AÇIQLAMA

Yeni tədris planı nələri dəyişəcək? AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Mövzu ilə bağlı Metbuat.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli açıqlama verib.

Onun sözlərinə görə, bu əmr ölkəmizin ümumi təhsil sistemində mühüm mərhələ kimi dəyərləndirilə bilər:

“Bu planlarda həm milli-mənəvi dəyərlərin qorunması, həm də müasir dövrün tələblərinə uyğun bacarıqların şagirdlərdə formalaşdırılması aydın şəkildə öz əksini tapır. Əvvəla, xarici dillərin tədrisi ilə bağlı yanaşmalar diqqət çəkir. Valideynlərin seçim hüququnun nəzərə alınması, məktəblərdə pedaqoji kadr potensialının əsas şərt kimi müəyyənləşdirilməsi, eyni zamanda xarici dilin I sinifdən başlayaraq öyrədilməsi ölkəmizdə xarici dillərə marağın artmasına və şagirdlərin erkən yaşdan dünya ilə ünsiyyət bacarığı qazanmasına şərait yaradacaq. Burada ikinci xarici dilin də tədrisinin məcburi xarakter daşıması Azərbaycanın qlobal təhsil mühitinə açıq mövqeyinin göstəricisidir”.

Espert bildirib ki, dərsdənkənar məşğələlərin təşkilində yeni məzmun xətti müəyyənləşdirilib:

“Şahmatın, iqtisadi savadlılıq və insan hüquqlarına dair kursların, eləcə də ana dilinə, dövlət dilinə, multikultural dəyərlərə yönəlmiş məşğələlərin daxil edilməsi gələcək nəsillərin həm intellektual, həm də sosial baxımdan daha hazırlıqlı yetişməsinə xidmət edəcək. Əlavə olaraq, azsaylı xalqların dil və mədəniyyətinin qorunması ilə bağlı müddəalar dövlətin tolerantlıq və multikulturalizm siyasətinin təhsildə real təzahürü kimi qiymətləndirilməlidir. Ən diqqətəlayiq məqamlardan biri isə “Mina təhlükəsinə dair maariflənmə”, “Ortaq türk tarixi” və “Zəfər tarixi” dərslərinin tədris planına daxil edilməsidir. Bu kurslar yalnız təhsil prosesini zənginləşdirmir, eyni zamanda şagirdlərdə vətənpərvərlik duyğusunu gücləndirir, dövlətçilik düşüncəsini möhkəmləndirir və milli yaddaşın qorunmasına xidmət edir. Bu, həm müharibədən çıxmış bir xalq olaraq təhlükəsizlik mədəniyyətinə diqqətin artırılması, həm də tarixi köklərimizə bağlılıq hissinin şagirdlərdə dərinləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunlarla yanaşı, qrupların komplektləşdirilməsi, siniflərin bölünməsi, informatika və texnologiya dərslərinin praktik məşğələlərlə dəstəklənməsi, Azərbaycan tarixi və çağırışaqədərki hazırlığın dövlət dilində keçirilməsi tədris prosesində həm keyfiyyətin, həm də milli kimlik şüurunun güclənməsinə imkan yaradacaq”.

Ə.Həsənli qeyd edib ki, ümumilikdə, Elm və Təhsil Nazirliyinin bu qərarları göstərir ki, Azərbaycan məktəbi yalnız bilik ötürən məkan deyil, həm də milli ruhu möhkəmləndirən, şagirdləri qlobal dünyaya hazırlayan və gələcək nəsilləri dövlətin maraqlarına uyğun şəkildə formalaşdıran strateji bir təhsil mühitidir.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri