Icma.az
close
up
RU
Yeni qanun nələri dəyişəcək?

Yeni qanun nələri dəyişəcək?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərdə tutulur. Milli Məclisə təqdim olunan qanun layihəsinə əsasən, 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında qeydiyyatına icazə verilməyəcək. Eyni zamanda, platforma provayderləri istifadəçilərin yaşının yoxlanılması, yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunların qarşısının alınması və fərdi məlumatların qorunması ilə bağlı bir sıra öhdəliklər daşıyacaqlar. Tələblərin pozulmasına görə yüksək məbləğdə cərimələr və mərhələli məhdudlaşdırma tədbirləri nəzərdə tutulur. Bundan başqa, qanun layihəsində 16-18 yaş arası istifadəçilər üçün xüsusi təhlükəsizlik mexanizmlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi, fərdi məlumatların qorunması və zərərli məzmunun operativ şəkildə silinməsi kimi məsələlər də öz əksini tapıb.

Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər. Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.

Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyir ki, son bir neçə ildir ki, uşaqlar çox kiçik yaşlardan etibarən smartfon, planşet və digər texnoloji vasitələrdən aktiv istifadə edir, sosial şəbəkələrdə vaxt keçirir, onlayn oyunlara qoşulur. Texnologiyanın yaratdığı rahatlıq və imkanlarla yanaşı, virtual dünyanın görünməyən təhlükələri də sürətlə artır. Xüsusilə uşaqlar və yeniyetmələr kifayət qədər məlumatlı və hazırlıqlı olmadıqları üçün kibercinayətkarların ən asan hədəflərindən birinə çevrilirlər. Bu cür halların son 4 ildə sürətlə artmasının əsas səbəbləri sırasında ilk növbədə kütləvi rəqəmsallaşma, internetə çıxış imkanlarının genişlənməsi və sosial şəbəkələrin həyatın əsas kommunikasiya vasitəsinə çevrilməsi göstərilir: "Əgər əvvəllər internetdən istifadə daha məhdud idisə, bu gün artıq demək olar ki, hər bir uşağın əlində smartfon var və onlar günün böyük hissəsini virtual məkanda keçirirlər. Problem ondadır ki, bir çox hallarda bu istifadə valideyn nəzarəti olmadan baş verir. Uşaqlar sosial şəbəkələrdə kimlə ünsiyyət qurduqlarını, hansı risklərlə qarşılaşa biləcəklərini və şəxsi məlumatlarını paylaşmağın hansı təhlükələr yaradacağını tam şəkildə dərk etmirlər. Sosial şəbəkələr və messencer tətbiqləri kibercinayətkarların fəaliyyətini xeyli asanlaşdırır. Xüsusilə anonimliyin yüksək olduğu və ucdan-uca şifrələmə sistemi təqdim edən platformalar cinayətkarların izlərini gizlətməsinə geniş imkan yaradır. Bu platformalarda saxta hesab yaratmaq, fərqli kimliklə insanlarla ünsiyyət qurmaq və müxtəlif manipulyasiya üsullarından istifadə etmək olduqca asandır. Azərbaycanda uşaqlar və yeniyetmələr onlayn məkanda ən çox rəqəmsal şantaj, yəni "sextortion", kiberbulinq, şəxsi məlumatların oğurlanması və "grooming" kimi təhlükələrlə üzləşirlər. Rəqəmsal şantaj hallarında kibercinayətkarlar uşaqlardan və yeniyetmələrdən müxtəlif yollarla şəxsi və intim görüntülər əldə etdikdən sonra onları təhdid etməyə başlayırlar. Bu görüntülərin ailələrinə, dostlarına və ya məktəb yoldaşlarına göndəriləcəyi ilə hədələnən uşaqlar ciddi psixoloji təzyiq altında qalır, qorxu, panika və çıxılmazlıq hissi yaşayırlar. Bir çox hallarda bu cür təzyiqlər uşaqlarda dərin psixoloji travmalar yaradır, onların sosial həyatına, təhsilinə və psixi sağlamlığına ağır təsir göstərir".

Ekspertn sözlərinə görə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən yeni dəyişiklik yetkinlik yaşına çatmayanların onlayn mühitdəki təhlükəsizliyini təmin etmək və fərdi məlumatların qanunsuz işlənilməsinin qarşısını almaq məqsədi daşıyır: "Qanun layihəsində yaşın təsdiqlənməsi məqsədilə bank kartı, mobil telefon nömrəsi və elektron poçt vasitəsilə yoxlama mexanizmlərinin nəzərdə tutulması beynəlxalq praktikada istifadə olunan çoxmərhələli identifikasiya üsullarına uyğundur. Bu mexanizmlər yalnız yaş məhdudiyyətinin təmin edilməsinə deyil, həm də saxta hesabların sayının azaldılmasına və istifadəçi autentifikasiyasının gücləndirilməsinə xidmət edə bilər. Burada əsas məsələ toplanan məlumatların təhlükəsiz saxlanılması və emal olunmasıdır. Qanun layihəsində 16-18 yaşlı istifadəçilər üçün nəzərdə tutulan valideyn nəzarəti mexanizmləri də uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə şərait yarada bilər. Valideynlər övladlarının hansı məzmunla qarşılaşdığını, platformalarda nə qədər vaxt keçirdiyini və hansı reklamlarla təmasda olduğunu izləyə biləcəklər".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, azyaşlı istifadəçilərin əhəmiyyətli bir hissəsi kompüter haqqında zəruri məlumata sahib olmadan sosial şəbəkələrə üzv olur. Eyni zamanda azyaşlı istifadəçilərin bir qismi sosial şəbəkələr üzərindən heç tanımadıqları insanlarla ünsiyyətə girir, bir qismi isə həmin insanlarla hətta üz-üzə görüşürlər. Bu da bu səhifələrdə ən xırda təfərrüata qədər öz şəxsi informasiyasını paylaşan azyaşlı istifadəçilərin psixoloji və sosial təhlükələrlə qarşılaşması riskini artırır. Belə ki, bu cür tanışlıqları öz bədnam məqsədləri üçün istifadə etmək istəyən şəxslərin sayı heç də az deyil: "Başqa böyük təhlükə isə sosial şəbəkələrdən bir növ asılı vəziyyətdə olan uşaqların vaxt itkisidir. Belə ki, yeniyətmə və uşaqların sosial şəbəkələrdəki profillərini davamlı təqib etmək istəmələri, "dostum nə paylaşmış, qrupda hansı müzakirə olmuş" marağı ilə sıx-sıx şəbəkədəki səhifələrini ziyarət etmələri uzun vaxt itkisinə səbəb olur".

Sosial şəbəkələrdə tanımadıqları şəxslərlə ünsiyyət, şəxsi məlumatların paylaşılması və müxtəlif fırıldaq halları uşaqlar üçün real təhlükə yaradır. Onlar təhlükəni düzgün qiymətləndirmək bacarığına malik olmadıqları üçün daha tez aldana bilirlər. Bütün bunları nəzərə alaraq demək olar ki, azyaşlıların sosial şəbəkələrdə nəzarətsiz və uzun müddət vaxt keçirməsi yolverilməzdir.

Millət vəkili Mehriban Vəliyeva bildirib ki, internet mühitində dezinformasiya, kibertəqib, zorakılıq təbliğatı, təhlükəli çağırışlar və müxtəlif manipulyativ təsirlər uşaqlar üçün ciddi risklər yaradır: "Aparılan beynəlxalq araşdırmalar göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, asılılıq, sosial təcrid, aqressiya, narahatlıq və depressiya hallarının artmasına səbəb ola bilir. Eyni zamanda virtual mühitdə keçirilən uzun vaxt təhsil göstəricilərinə də mənfi təsir göstərir. 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatının məhdudlaşdırılması onların daha çox təhsilə, mütaliəyə, idmana, yaradıcılığa və sosial ünsiyyətə yönəlməsinə şərait yaradacaq. Bu isə sağlam düşüncə tərzinə, emosional sabitliyə və intellektual inkişafın güclənməsinə müsbət təsir göstərəcək. Bundan əlavə, uşaqların erkən yaşlarda zərərli informasiya axınından qorunması onların milli-mənəvi dəyərlər əsasında formalaşmasına, vətənpərvərlik ruhunda böyüməsinə və gələcəkdə daha məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə verəcək".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see307

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see281

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see271

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see265

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see259

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see249

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see247

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see239

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see236

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see233

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see233

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see218

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see217

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see210

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see203

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see202

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see198

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see191

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri