Icma.az
close
up
RU
Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir Video

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.

Tribuna-nın məlumatına görə, bu sözləri “Bravo” supermarketin “təhlükəsiz ət” başlığı ilə paylaşdığı videoya müştərilərdən biri yazıb. Ölkədə mal-qara arasında yayılan dabaq xəsləliyi səbəbindən ətə olan təlabatın azaldığı bir ərəfədə “Bravo” marketlər şəbəkəsinin özünü belə bir video ilə reklam etməsi sosial şəbəkələrdə heç də xoş qarşılanmayıb. “Bravo”nun sözügedən videonu “Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil – sizin sağlamlığınız, bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!” sözləri ilə paylaşması da ikrah hissi oyadıb. Məlum videoya gələn şərhlər də göstərir ki, əhali marketlərdə, xüsusilə də “Bravo”da satılan hazır kəsilmiş ətlərin keyfiyyətinə inanmır.

“Bravo”nun “təhlükəsiz ət” videosuna gələn müştəri şərhlərini oxucularımıza da təqdim edirik:

““Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?”

“Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”

“Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?”

“Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur…”

“Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?”

“Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək”.

““Bravo”da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…”

“Çox baha verilir. Ət kəsilən yerlərlə “Bravo” market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma “Bravo”da neçə gün qalır, Allah bilir…”

“Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha”.

“Mən “Bravo”dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər “dana əti”, istər “quzu” adı ilə satılan ət olsun!”

“Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?”

““Bravo”nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…”

“Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox”.

“Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu “0”dır”.

“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.

“Bravo”da ancaq qaralmış ət görürük…”.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri