Icma.az
close
up
RU
Alıcılar azalsa da, mənzillər bahalaşır Səbəb nədir?

Alıcılar azalsa da, mənzillər bahalaşır Səbəb nədir?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi, II rüblə müqayisədə, 3.8% artıb. Bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”məlumat yayıb. İlkin mənzil bazarında (təmirsiz ev) 4.3%, təkrar mənzil (təmirli ev) bazarında isə qiymətlər 3.7% artıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Yeni Sabah"a bildirib ki, mənzil bazarında qiymət artımı hələ də davam edir:

“Bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların açıqladığı rəqəmlər arasında müəyyən fərqlər müşahidə olunur. Həmin rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda nə qədər ki, vahid bazar indeqatorları mövcud deyil, bazarın araşdırılması qeyri-peşəkar şəkildə keçirilir. Amma bazar üzrə ümumi qiymət artımlarının baş verdiyini təsdiq edə bilərəm. Həqiqətən də, daşınmaz əmlak bazarının mənzil seqmentində əvvəlki illərlə müqayisədə bu il də qiymət artımları davam edir”.

Ekspertin fikrincə, mənzil satışı bazarında alıcılıq faizləri də xeyli aşağı düşüb:

“Əvvəlki illərlə müqayisədə bu il baş verən qiymət artımları nisbi xarakter daşıyıb. Xüsusən, bu il üzrə baş verən artımların təhlili göstərir ki, ola bilsin ki, ilin sonları üzrə göstəricilərdə bahalaşma birrəqəmli göstəricilərlə ifadə olunsun. Amma bütövlükdə qiymət artımları var. Bu artımların nisbi olmasının əsas səbəbi isə bazarda əvvəlki 2 illə müqayisədə alıcılıq qabiliyyətinin azalması və tələbin aşağı düşməsidir. Ötən illərdən fərqli olaraq, bazara pul axınlarında azalmalar var. Bu da onu deməyə əsas verir ki, nə qədər ki, Azərbaycanın mənzil bazarı investorların nəzarətində olacaq, təklif çoxalsa da qiymətlər ucuzlaşmayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see475

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see279

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see275

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see264

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see249

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see244

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see243

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see242

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see224

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see224

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see223

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see217

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see215

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see211

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see207

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see205

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see204

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see204

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see188

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri