Icma.az
close
up
RU
Alim 445 milyon il əvvəl 85 faiz canlı növünün necə yox olduğunu açıqladı

Alim 445 milyon il əvvəl 85 faiz canlı növünün necə yox olduğunu açıqladı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Kütləvi məhv hadisələrindən danışıldıqda adətən dinozavrların yox olması ilə nəticələnmiş təbaşir-paleogen sərhədi xatırlanır. Lakin təxminən 445 milyon il əvvəl Yer üzündə baş verən və canlıların 85 faizini məhv edən başqa bir dəhşətli hadisə də mövcuddur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" nəşri yazıb.

Ordovik dövründə Yer necə görünürdü?

Ordovik-silur qırılması Yer tarixində qeydə alınan ən dağıdıcı yoxolma hadisələrindən biri hesab olunur. Bu, nəinki dinozavrların yaranmasından, hətta sürünənlərin inkişafından da xeyli əvvəl baş verib.

Böyük Britaniyanın Təbiət Tarixi Muzeyinin Yer elmləri şöbəsinin tədqiqat rəhbəri Riçard Tvitçett jurnalistlərə açıqlamasında bildirib: "Ordovik dövründə dünya tamam fərqli idi. Həmin dövr çox isti keçib və atmosferdə karbon qazının səviyyəsi olduqca yüksək olub".

Həmin dövrdə Yer üzündə nə bu gün tanıdığımız heyvanlar, nə də ağaclar və ya çiçəklər mövcud olub. "Əgər Yer yaşıldırsa belə, bu ancaq yosunlar sayəsində ola bilərdi. Yer üzündə bitki icmalarına dair heç bir dəlilimiz yoxdur", deyə Tvitçett əlavə edib.

Alimin sözlərinə görə, o dövrdə həyatın demək olar ki, hamısı okeanlarda cəmlənib. Okeanlarda çoxsaylı qəribə və maraqlı canlılar yaşayıb və bu canlıların müxtəlifliyi sürətlə artırıb.Məhz həmin dövrdə müasir dəniz ulduzlarının, mərcanların və dəniz kirpilərinin əcdadları meydana çıxıb.

Ordovik dövrünün sonu necə baş verdi?

Ordovik dövrünün sonu tədricən və mürəkkəb şəkildə baş verib. Tvitçettin sözlərinə görə, bu dövrdə nə böyük asteroid toqquşması, nə də kütləvi vulkan püskürməsi baş verməyib. Onun əvəzinə bir sıra dağıdıcı iqlim hadisələri yaşanıb.

Əvvəlcə Yer üzündə temperatur sürətlə aşağı düşüb, sonra isə kəskin istiləşmə baş verib. Planet soyuq dövrdən çıxan kimi yenidən qızmağa başlayıb. Bu dəfə sağ qalan növlər yalnız istiyə qarşı deyil, həm də oksigen çatışmazlığına qarşı mübarizə aparmalı olublar.

Bu hadisənin dəqiq səbəbi hələ də alimlər arasında müzakirə mövzusudur. Ən çox dəstəklənən nəzəriyyələrdən birinə görə, səbəb yosunların çiçəklənməsi zamanı sudan oksigeni udması olub. Digər bir versiyaya görə isə, aktiv vulkanizmin nəticəsində okeanlara oksigeni "yeyən" minerallar daxil olub.

Hər iki halda nəticə son dərəcə fəlakətli olub - bu qırılma nəticəsində canlıların 60 faiz nəsli, növlərin isə 85 faizi məhv olub. Təmiz ölüm faizi baxımından bu hadisə Yer tarixində yalnız perm dövrünün sonunda baş verən kütləvi yoxolma ilə müqayisə oluna bilər ki, bu da 200 milyon il sonra yaşanıb.

Perm dövrünün qırılmasından sonra dəniz həyatı niyə təkrəng oldu?

Daha əvvəl Stenford Universitetinin alimləri perm dövrünün sonunda baş vermiş kütləvi məhv hadisəsindən sonra dəniz həyatının niyə bu qədər bəsit və vahid formaya büründüyünü açıqlamışdılar.

Tədqiqatçılar bildiriblər ki, bu dövr milyonlarla il davam edib və tropiklərdən qütb bölgələrinə qədər dəniz ekosistemləri eyni xarakter alıb. Araşdırmalar göstərib ki, bu tendensiya yırtıcıların yox olması ilə deyil, ətraf mühitdə baş verən qlobal dəyişikliklərlə bağlı olub. Bəzi növlər sağ qalaraq yayılıb, digərləri isə tamamilə yox olub.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 May 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri