İki il əvvəl İraqda oğurlanan israilli alim sərbəst buraxılıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İraqın "Kataeb Hizbullah" təşkilatı İsrail və Rusiya vətəndaşı olan ərəbşünas alim Yelizaveta Surkovanı sərbəst buraxıb. O, hazırda ABŞ-nin İraqdakı səfirliyinin binasındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Qeyd olunur ki, "Kataeb Hizbullah" təşkilatının rəhbərliyi İsrail tərəfindən hədəfə alınması və İraqın regionda gedən proseslərə cəlb edilməməsi üçün Yelizaveta Surkovanı azad etmək qərarına gəlib.
Məlumat üçün əlavə edək ki, Prinston Universitetinin doktorantı olan Yelizaveta Surkova İraqa doktorluq elmi işi üçün səfər edib. 36 yaşlı ərəbşünas İraqa Rusiya pasportu ilə səfər edib. Orada 2023-cü ilin martında iranyönümlü "Kataeb Hizbullah" təşkilatının üzvləri tərəfindən oğurlanıb. Məlumata görə, "Kataeb Hizbullah" İraqdan daha çox, İrana bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















