Icma.az
close
up
RU
Alim beynin 25 yaşına qədər tam yetkinləşdiyi mifini təkzib etdi...

Alim beynin 25 yaşına qədər tam yetkinləşdiyi mifini təkzib etdi...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təfərrüatlar...

...Beynin yetkinləşməsi nəinki 25 yaşa qədər başa çatmır, həm də 30 yaşlarımıza qədər davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Monreal Universitetinin neyrobioloqu Teylor Snouden "The Conversation"a izah edib ki, özünənəzarət, planlaşdırma və qərar qəbuletmə üçün məsul olan frontal payların inkişafı xüsusilə uzun çəkir.

..."25 yaş" ideyası 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində alimlərin uşaqlarda və yeniyetmələrdə boz maddədəki dəyişiklikləri öyrənmək üçün neyrogörüntüləmədən istifadə etdiyi erkən tədqiqatlardan irəli gəlmişdir.

...O vaxtlar göstərilmişdi ki, yeniyetməlik dövründə beyində "budama" adlanan - lazımsız neyron əlaqələrini aradan qaldıran və artıq istifadədə olanları gücləndirən proses baş verir. Müşahidələr nadir hallarda 20 yaşdan kənara çıxdığı üçün 25 yaş ənənəvi olaraq son inkişaf mərhələsi hesab olunurdu, baxmayaraq ki, bunu dəstəkləyən birbaşa dəlil yox idi, - deyə ekspert qeyd edir.

Müasir məlumatlar fərqli bir mənzərəni əks etdirir. Snoudenin sözlərinə görə, beyində, xüsusən də planlaşdırma, özünənəzarət və qərar qəbuletmə üçün məsul olan frontal payda struktur dəyişiklikləri ən azı 30 yaşa qədər davam edir.

...4200-dən çox insanın iştirak etdiyi böyük bir araşdırma, doqquz yaşdan 32 yaşa qədər olan dövrün beyin şəbəkələrinin yenidən qurulmasında əsas mərhələ olduğunu müəyyən etdi. Bu müddət ərzində beyin iki proses arasında tarazlıq yaradır: ayrılma və inteqrasiya. Birincisi, neyron əlaqələrinin ixtisaslaşmış "klasterlərinin" formalaşmasından, ikincisi isə onlar arasında sürətli və səmərəli yolların yaradılmasından məsuldur, - deyə ekspert izah edib.

Bu arxitektura düşüncənin çevikliyini və mürəkkəbliyini təşviq edir, lakin yalnız 30-cu illərin əvvəllərində sabitləşir. Bundan sonra beyin tədricən ən çox istifadə edilən yolları möhkəmləndirməyə başlayır.

Alim vurğulayır ki, "sehrli eşik"in olmaması yetkinlik yaşına çatmamışlığı deyil, gənc yetkinlikdə yüksək beyin plastikliyini göstərir. Fiziki fəaliyyət, dil öyrənmə, intellektual cəhətdən çətin fəaliyyətlər və yeni bacarıqlar bu prosesi dəstəkləyə bilər, xroniki stress isə buna mane olur.

Snoudenə görə, beyin 25 yaşında "işləmir" - onilliklər ərzində inkişaf edir və insan bu prosesdə fəal iştirak edir.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri