Alimlər beynin qaçılmaz qocalması mifini təkzib ediblər
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Beyin hətta yaşlılıqda da öz işini yaxşılaşdırmağa qadirdir, koqnitiv funksiyaların azalması isə yaşlanmanın qaçılmaz hissəsi deyil. Oxuməni.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan bir elmi işdə tədqiqatçılar belə bir qənaətə gəliblər.
Alimlər üç il ərzində 19-dan 94-dək yaş aralığında olan təxminən 4 min nəfəri müşahidə ediblər. Tədqiqat göstərib ki, beyin üçün faydalı olan müntəzəm vərdişlər, o cümlədən gündəlik 5-15 dəqiqəlik qısa məşqlər yaddaşın, düşüncənin, emosional sabitliyin və ümumi koqnitiv vəziyyətin yaxşılaşması ilə əlaqələndirilib.
Xüsusilə, ilkin beyin sağlamlığı göstəriciləri aşağı olan iştirakçılarda nəzərəçarpacaq yaxşılaşmalar müşahidə olunub. Eyni zamanda, müsbət dəyişikliklər bütün yaş qruplarında – həm gənclərdə, həm də 70-80 yaşdan yuxarı iştirakçılarda qeydə alınıb. Müəlliflər yaxşılaşmalar üçün "tavan" da aşkar etməyiblər: hətta ilkin nəticələri yüksək olan insanlar belə, təxminən 1000 günlük müşahidə müddətindən sonra irəliləyiş göstərməyə davam ediblər.
Tədqiqatçılar qeyd edirlər ki, beynin sağlamlığı yalnız yaşla deyil, faydalı vərdişlərin müntəzəmliyi ilə də sıx bağlıdır. Müəlliflərin sözlərinə görə, nəticələr təsdiqləyir ki, koqnitiv bacarıqları bütün həyat boyu məşq etmək və qorumaq mümkündür, kiçik gündəlik həyat tərzi dəyişiklikləri isə beynin işinə nəzərəçarpacaq dərəcədə təsir edə bilər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















